Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə ABŞ-a güvənə bilməz - Bəs Rusiyaya güvənmək olarmı?..

İstər ABŞ-dan radikal şəkildə qopmaq, istərsə də Rusiyaya radikal şəkildə bağlanmaq Türkiyə üçün yaxşı bir hal deyil...

Özcan Yeniçeri
“Yeniçağ” qəzeti, Türkiyə, 11 iyun 2019-cu il

Bəzən məcburiyyətdən, bəzən də düşüncəsizlikdən və xəyanətdən iqtidarlar Türkiyənin dostuna düşmən, düşməninə dost kimi davranırlar.

Birinci Dünya müharibəsində Almaniyanı dostu hesab edib arxasınca gedənlər, Soyuq Müharibə dönəmində ABŞ-ın, bu son günlərdə də Rusiyanın dostluğuna sərmayə qoyanlar çox yanılırlar.

Münasibət quran qüvvələr arasında balans yoxdursa, münasibət tək tərəfli işləməyə məhkumdur.

İsmət İnönü 1960-cı illərin sonlarına doğru Amerika ilə münasibətlərimiz pozulan zaman belə demişdi: “Böyük dövlətlərlə münasibət qurmaq ayı ilə yatağa girməyə bənzəyir!”

Belə bir münasibətdə kimin kimi zədələyəcəyi də bəllidir.

Bu böyük dövlətin adı ABŞ da olsa, Rusiya da olsa fərqi yoxdur. Varlığına və müstəqilliyinə, öz qaynaqlarına, milli gücünə və öz istehsal bazasına əsaslanmayan iqtidarların taleyi hər zaman böyük dövlətlərin əlaltısı olmaqdır.

ABŞ Türkiyənin başını qatır

S-400, Suriya, F-35, FETO, PYD, PKK, Qüds, Qolan təpələri, İordan çayının qərb sahili anlayışları ABŞ-ın öz gücünə əsaslanaraq dünyaya diktə etdiyi reallıqlardır.

ABŞ bölgədə öz siyasətini İsrail ilə birlikdə aparır. Apardığı strategiyanın məqsədi İsraili öz müdafiəçisi etməkdir.

ABŞ-ın bütün siyasətlərinin təməlində bu var. Bölgədə güclü və təsirli bir İslam ölkəsi qalmaması üçün siyasət aparır.

Türkiyə ilə strateji müttəfiq kimi görünən ABŞ Türkiyəni zəiflətmək üçün əlindən gələni edir.

Bundan bir neçə il əvvəl ABŞ “ortaq düşmənimiz” elan etdiyi PKK ilə mübarizə aparmaq üçün xüsusi nümayəndəsi olaraq Cozef Ralstonu, Türkiyə isə Edip Başəri seçmişdi. ABŞ-ın bundakı məqsədi guya terrorla mübarizədə əməkdaşlıq etmək idi. Lakin o qədər iclaslardan çox cüzi nəticələr əldə olunub.

ABŞ-ın bir layihəsi daha ABŞ-ın öz intriqasına görə uğursuzluqla nəticələnib.

Nəticədə, ABŞ Suriyada Türkiyə əvəzinə, Türkiyənin birliyini və bütünlüyünü təhdid edən PKK/PYD cütlüyünə üstünlük verib.

Türkiyədəki iqtidar Süleyman Şah türbəsini daşıdıqdan sonra Fərat Qalxanı hərəkatı başladığına görə ABŞ bu dəfə də PKK/PYD-nin nəzarətinə verdiyi Mənbicdə Türkiyənin qarşısında dayanıb.

Türkiyə Mənbic məsələsindəki qərarlılığını göstərdikcə ABŞ da baş qatma siyasətinə yönəlib. “Mənbicdən PYD-lilər çıxarılacaq”, ifadəsinə qarşılıq olaraq bu məsələ ilə bağlı heç bir nəticə əldə olunmayıb. ABŞ rəsmən özünü terrordan xilas etməyə çalışan Türkiyəni təhdid etməyə başlayıb.

S-400-lə bağlı ABŞ-ın etiraz etməsi reallığı əks etdirmir.

Yunanıstan Rusiyadan S-300 aldığı zaman ABŞ buna etiraz etməmişdi. Lakin Türkiyə S-400 alanda ard-arda çoxlu “problemlər” sadalamış və təhdid etmişdi.

Son olaraq ABŞ Müdafiə nazirinin vəkili Patrik Şanahan Türkiyə Milli Müdafiə naziri Akara bir məktub göndərib. Şabahan məktubda bildirib ki, Türkiyə 2 ay ərzində S-400 hava müdafiə sistemi almaqdan imtina etməsə, F-35 proqramı çərçivəsindəki işbirliyi tamamilə dayandırılacaq.

S-400 bəhanədir. Türkiyə S-400-lə bağlı olaraq ABŞ-ın tələblərini qarşılasa da, ABŞ-ın Türkiyəyə qarşı mənfi münasibəti düzəlməyəcək.

Türkiyə artıq heç bir məsələdə ABŞ-a güvənə bilməz.

Bəs Rusiyaya güvənə bilərikmi? Təbii ki, yox.

Türkiyəni ABŞ bucağından qopararaq öz təsir sahəsinə salmağa çalışan Rusiyanın da PYD/PKK məsələsindəki fikirləri ABŞ-la bənzərdir. PYD-nin Rusiyada çoxlu bürosu və nəzəri münasibətləri var. Suriyada PYD ilə rejim arasındakı münasibətləri əsasən Rusiya idarə edir.

ABŞ, nə də Rusiya etibarlı deyil. Onların ehtiyaclarına və maraqlarına görə dövlətlərlə münasibətləri də dəyişir.

İstər ABŞ-dan radikal şəkildə qopmaq, istərsə də Rusiyaya radikal şəkildə bağlanmaq Türkiyə üçün yaxşı bir hal deyil.

Türkiyə özünə güvənməli, gücünün sərhədlərini bilməli, həm ABŞ-dan, həm də Rusiyadan olan asılılığını minimala endirməli və addımlarını buna uyğun atmalıdır.

Tərcümə PİA.az-ındır.

Orijinal

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar