Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerikanın yetişdirdiyi ilk ABŞ diktatoru - İmpiçment prossesi Donald Trampa sərf edir...

Donald Tramp: “Nikson tərk etdi, amma mən tərk etmirəm. Arada böyük fərq var. Mən heç yerə getmirəm”.

Ashley Parker
“The Washington Post” qəzeti, ABŞ, 11 iyun 2019-cu il

Bir müddətdir ki, Demokratlar Trampa qarşı davamlı olaraq ittihamlar yağdırırlar. Buna cavab olaraq prezident Donald Tramp onları məhkəməyə verməklə hədələyib. Həmçinin, Tramp bu ittihamları ilə öz məsləhətçilərini də qızışdırır. Üstəlik o, 2020-ci il prezident seçkilərində onu görmək istəməyənlərə qarşı özünün arsız “the I-word” (mən qanunam) ifadəsini işlədib.

Təbii olaraq, Demokratlar Prezidenti məhkəməyə vermək üçün liberal çağırışları da nəzərə alıblar. Lakin Tramp inanır ki, demokratlar ona heç nə edə bilməzlər. Çünki aparılan görüşlərdə Ağ Evdən 15 köməkçi, xarici işlər üzrə müşavirlər, Respublikaçı millət vəkilləri öz səmimi nitqlərini bölüşdürmək üçün anonimlik şərtini irəli sürüblər.

Prezident ona qarşı irəli sürülən ittihamlarla maraqlanır. Lakin bir müşavirin sözlərinə görə, Tramp praktiki təhlükələrə qarşı diqqətli davranmağa çalışır. Həmçinin, bəzi müşavirlər əlavə edir ki, Tramp 1990-cı illərin sonunda Respublikaçıların Bil Klintona qarşı başlatdığı impiçment prossesinin Klintonun lehinə çevrilməsini xatırladır və o, hazırda düşmənlərinə qarşı çox yaxşı vəziyyətdədir.

Bundan əlavə, xarici müşavir və Ağ Ev köməkçisi qeyd edir ki, Tramp prezidentlik vəzifəsinə öz mirasından daha çox önəm verir.

“Demokratların fikrincə, Trampa qarşı deyilən ittihamlar artıq siyasəti aşan şəxsi mübarizədir”.

Demokratlar çərşənbə axşamı Trampa qarşı irəli sürülən ittihamları müzakirə edərkən Baş Prokuror Uilyam P. Barrın və Ağ Evin sabiq vəkili Donald Mekqanın məhkəmə qırarlarına riayət etməyə məcbur etmək üçün imza toplamağa başlayıblar. Çünki bu faktorların hər biri Trampa necə əngəl olunacağını müəyyənləşdirə bilər.

Trampa çox yaxın olan müşavirlərdən biri ona bu ittihamlarla bağlı məsləhətlər verib. Xarici işlər üzrə ekspertlər Donald Trampın vəzifədən uzaqlaşdırılmağının çox əla olacağını bildiriblər. Trampın öz partiyası da düşünür ki, Trampın vəzifədən uzaqlaşması növbəti seçkilərdə Respublikaçıların uğur qazanmağa şərait yaradacaq.

Trampın bir çox müttəfiqləri də qəbul edir ki, impiçment cəhdi prezident Tramp üçün seçki prossesində əlverişli ola bilər. Lakin əsas məsələ odur ki, bu proses Ağ Evi və ölkəni xaosa sürükləyə bilər. Adminstrasiyadan iki vəzifəli şəxs isə qeyd edir ki, Ağ Evdə Demokratları Trampı məhkəməyə verməyə təşviq edəcək geniş bir strategiya yoxdur.

2016-cı ildə keçirilən Prezident seçkiləri kampaniyasında Trampın mətbuat sözçüsü olan Ceyson Miller bildirir ki, bu proses Prezidentə siyasi üstünlük qazandırsa və onun yenidən seçilməsini qarantiyaya alsa da, ölkə üçün qorxunc nəticələr verəcək.

Bir müddət əvvəl Ağ Evdə jurnalistlərə açıqlama verən Tramp impiçment haqqında danışarkən qeyd edib: “Mənə görə bu “ittiham etmək” sözü çox pis, iyrənc bir ifadədir”.

Prezident Tramp mayın 22-də Konqresi hökumətin önəmli bir qolu olaraq gördüyünü, lakin impiçment məsələsinə görə onları qınadığını da bildirib.

Aprel ayında isə Tramp “Tvitter”də “Mən yanlış bir şey etməmişəm”, yazıb və əlavə edib: “Əgər partizan Dems məni ittiham etməyə çalışsa, ilk olaraq ABŞ Ali Məhkəməsinə müraciət edəcəyəm”.

May ayının sonlarında bir müxbir Trampa Demokratların onu vəzifədən uzaqlaşdırmaq üçün nələr edə biləcəklərini soruşduqda, Donald Tramp hüquqi sistemə çağırış edib: “Mən başa düşmürəm ki, onlar bunu necə bacarırlar. Böyük ehtimalla, onlara icazə verilib və təsəvvür edə bilmirəm ki, məhkəmələr buna icazə verə bilər”.

Trampın ittihamçıları məhkəməyə verməsi “Tvitter” istifadəçiləri və hüqüq mühafizəçiləri tərəfindən etirazlara səbəb olub.

Lakin hər zaman Trampın müttəfiqi olmuş Harvard Universitetinin Hüquq fakültəsindən professor Alan Derşovits deyir: “Əgər Ali Məhkəmə Konqresin Prezident əleyhinə konstitusiyaya əməl etmədiyinə qərar versə, özüm bu böhrana müdaxilə edəcəyəm”.

ABŞ-da çıxan son anket nəticələrinə görə, amerikalıların yarısından çoxu Prezidentin uzaqlaşdırılmasını dəstəkləmir və görünür, Tramp seçkilərdə yenidən qalib gələ bilər. CNN-in keçirdiyi sonuncu rəy sorğusunun nəticələrinə görə, bütün ABŞ-ın 54%-i, azad partiyaların, 59%-i, Respublikaçıların, 93%-i Trampa qarşı edilən ittihamlara etiraz edir.

Mühafizəkar Azadlıq Yığıncağı partiyası və Trampın müttəfiqi Mark Medous bildirib ki, Prezident Donald Trampın vəzifədən uzaqlaşdırılması üçün edilən cəhdlər qərarsız seçicilər tərəfindən etirazlara səbəb olacaq.

Qeyd edək ki, bu ittihamların fonunda ABŞ Prezidenti Donald Tramp bir zamanlar vəzifədən atılmaq əvəzinə, özü istefaya gedən Riçard Niksonu xatırlayaraq deyib: “O tərk etdi, amma mən tərk etmirəm. Arada böyük fərq var. Mən heç yerə getmirəm”.

Tərcümə PİA.az-ındır.

Orijinal

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar