Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Huawei” yeni noutbuk istehsalını dayandırıb

ABŞ-ın sanksiyaları səbəbindən

Çinin “Huawei” kompaniyası “Matebook” noutbukunun yeni versiyasının istehsalını qeyri-müəyyən vaxtadək təxirə salıb.

Azərtac Theinformation.com saytına istinadla xəbər verir ki, yeni noutbuk modeli bu həftə Şanxayda keçiriləcək “CES Asia 2019” sərgisində ictimaiyyətə təqdim olunmalı idi. Kompaniya nümayəndələrinin məlumatına görə, yeni noutbukun istehsalının dayandırılması barədə qərar onlara qarşı tətbiq olunan sanksiyalar səbəbindən qəbul edilib.

Xatırladaq ki, mayın 15-də Prezident Donald Tramp ABŞ-ın informasiya-kommunikasiya infrastrukturunun xarici təhdidlərdən qorunması üçün fövqəladə vəziyyət rejiminin tətbiqi barədə fərman imzalayıb. Bununla bağlı Birləşmiş Ştatların Ticarət Nazirliyi mayın 17-də “Huawei” kompaniyasını qara siyahıya salıb.

Amerikanın “Google” kompaniyası isə öz növbəsində “Huawei” kompaniyasına texniki dəstək verməyi və xidmət göstərməyi dayandırmaq qərarına gəlib. Çinin İKT nəhəngi bundan sonra “Android” proqram təminatından və “Google” kompaniyasının tərəfdaşlarına göstərdiyi müxtəlif xidmətlərdən istifadə edə bilməyəcək. Eyni zamanda, “Intel”, “Broadcom” və digər IT nəhəngləri də Çin korporasiyası ilə əməkdaşlıqdan imtina edib.

“Matebook” noutbuklarının istehsalında məhz “Intel” prosessorlarından, həmçinin “Windows” əməliyyat sistemindən istifadə edilirdi. Beləliklə, yeni noutbuk “Huawei” kompaniyasının sanksiyalar səbəbindən bazara çıxa bilməyəcəyi ilk məhsulu olacaq.

“Huawei” isə öz növbəsində ABŞ hakimiyyətinin fəaliyyətini təhlükəli presedent adlandırıb. Kompaniyanın hüquqi məsələlər üzrə baş mütəxəssisi Sun Lüpinin sözlərinə görə, ABŞ-ın bu məqsədlə bütün mümkün alətlərdən və dövlət gücündən istifadə etməsi bənzər hadisənin istənilən sahə və müəssisənin başına gələ biləcəyindən xəbər verir.

Qeyd edək ki, 2018-ci ildə “Huawei” kompaniyasının gəliri 105 milyard dollar təşkil edib, xalis gəliri isə 8 milyard dolları keçib. O, dünyada ikinci ən böyük smartfon istehsalçısıdır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar