Cümə axşamı, 18 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Anonsları rusca, dili ingiliscə olan Amerikan propaqandası - “Çernobıl” seriali

 Hollivud hər nə qədər film sənayesinin “şahı” və ya uğurlu filmmeykerlərin yaradıcılıq meydançası kimi görünsə də, təməl olaraq Amerikan propaqandasının sənayeləşdiyi, yəni propaqanda edərkən qazandıran bir qurumdur...

Sosial mediadan bir çox məşhur qəzetlərə qədər “Çernobıl” serialından sonra çox şeylər yazıldı. Xüsusilə, “Kommunizm hələ də idealdırmı?”, “Sosializm öldürür”, “Sovet elmi nə elə bu imiş”, “Reaktorda yox sosializmdə problem var” kimi fikirlər at oynatdı. Ancaq mövzuya keçməzdən qabaq bu adamlara 21-ci əsrdə, Çernobıldan illər sonra yaşanan Fukuşimanı xatırlatmaq istəyirəm. Eyni məntiqlə Fukuşimanı da kapitalizmin ayağına yazmalıyıq və eyni sözləri deməliyik.

Dünya liberalların “çəhrayı” nağılları ilə rəngləndiyi bir vaxtda, ABŞ-ın hücumlarının filmlərdə qəhrəmanlıq, yaxud komiks qəhrəmanı olduğu halda və bunların təlqinindən ayılmayan sıravi vətəndaşın “Çernobıl” serialına baxanda “Kommunizm pisdir” düşünməsi çox təbiidir, çünki bu elə Amerikanın qara propaqandasıdır.

Lal eşitdiyini, kor da gördüyünü deyər. Əbəs deyil ki, “Çernobıl” serialının İMDB xalı 9.6 olub, 200 minə yaxın adam da təkcə bu platforma üzərindən serialı əla qiymətləndirib. Tənqidçilər də, lap elə Rusiya mediasında da filmin yaxşı (və ya real) ekran işi olduğu ilə bağlı yazılar dərc olundu. Filmin akademizmi ilə bağlı çox şeylər danışılıb, ona görə buna toxunmayacam. Əsas məsələ studioda deyil, kabinetlərdə “baş verənlərdir”.

Hollivud hər nə qədər film sənayesinin “şahı” və ya uğurlu filmmeykerlərin yaradıcılıq meydançası kimi görünsə də, təməl olaraq Amerikan propaqandasının sənayeləşdiyi, yəni propaqanda edərkən qazandıran bir qurumdur. Ümumilikdə müharibə, terror, Amerikan həyat tərzi, “xəyalların ölkəsi” kimi motivləri hər ssenariyə sərpilmiş halda görsək də, “Pearl Harbor” kimi 449.2 milyon kassa gəliri olan bəzi filmlər isə Amerikan propaqandası dərsliyi yerindədir.

“Çernobıl” serialına qayıdaq. İstənilən Amerikan film/serialında SSRİ ilə bağlı hadisə varsa, orada bir düşman modeli və ya əks-propaqanda amili olur. Uşaqlığımızın məşhur boks hekayəsi olan “Rocky” filmindən bir şeyi xatırlayaq, SSRİ-yə gələn amerikan boksyor təqiblərə, təzyiqlərə məruz qalır, rəqibi İvan Drago isə Qarabağla bağlı çəkilən filmlərdəki erməni obrazlarından fərqlənmir.

Gözdən pərdə asası deyilik ki, SSRİ-nin 50-ci illərdən sonra fəhlə dövlətindən bürokratikləşməyə necə sürüşdüyünü bilirik, amma bu o demək deyil ki, Sovet alimləri, idarəçiləri camaatı üzüqoyulu ölümə göndərib. Yəqin ki, ssenaridəki xilas edən əsgərlərin Əfqanıstanda döyüşməsinin vurğulanması və psixopat kimi heyvanları öldürdüyünü (ümumən cəllad görüntüsü verilib) göstərilməsi HBO kanalının ssenariyə etdiyi müdaxilədir. Çünki SSRİ əsgərinin simasında Əsadı qoruyan, NATO-ya Ukrayna ilə isti təmas halında olan, Şimal Buzlu Okeanına səpilən (başqa bir imperialist güc olan) rus əsgəri pislənir. Əsgərləri istisna etsək, öyrəşdiyimizin əksinə olaraq Sovet xalqı pislənməyib, əksinə mərdlikləri vurğulanıb.Yəqin, elə buna görədir rus mediası filmə qahmar çıxdı, çünki ölkədə Putinə qarşı Amerikan məktəbinin yetirməsi olan muxalif liberallar çoxdur və xalqa mübarizliyi göstərmək də mütləqdir..

İndilərdə Hollivud da don dəyişdirir. Daha “Sovetdə uşaqları yeyirlər” yalanı işə yaramır, heç ehtiyac da yoxdur. İndi Amerikan propaqandasının təməlində bir daha işçi dövlətlərinin yaranmaması üçün sol ideyaları “murdarlamaq” durur.

Baxın nə gözəl fikirdir, yaşam səviyyələri bərbad olan, təməl haqları pozulan adamlar problemi doğulduğu ölkədə, özündə görür. Axı, “xəyalların ölkəsi”ndə günəş də çəhrayıdır.

Görünən odur ki, Pripyat şəhərində partlayan nüvə reaktorunun alovu imperialistlərin əlində daha da alışacaq.

Müəllif: Ziya MEHTİ

pia.az


loading...