Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mehriban Əliyeva 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə tanış olub

Mədəniyyət naziri Əbülfəs Qarayev Birinci vitse-prezident Mehriban Əliyevaya məktəb haqqında məlumat verib

Pia.az xəbər verir ki,iyunun 13-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Yasamal rayonunda Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə tanış olub.

Bildirilib ki, bu təhsil müəssisəsi 1940-cı ildə 1 nömrəli uşaq musiqi məktəbi kimi fəaliyyətə başlayıb. Məktəbə 1985-ci ildə Vaqif Mustafazadənin adı verilib. 1988-ci ildən isə 2 nömrəli uşaq incəsənət məktəbi kimi fəaliyyətini davam etdirib və burada əlavə şöbələr açılıb.

Qeyd edilib ki, Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbini bir çox məşhurlar bitirib. Azərbaycanın Xalq artistləri Arif Məlikov, Aqşin Əlizadə, Oqtay Zülfüqarov, Oqtay Rəcəbov, Kamil Cəlilov, Ağaverdi Paşayev və Azərbaycanın mədəniyyətinə böyük töhfələr vermiş bir çox sənətkarlar bu məktəbdə təhsil alıblar.

Hazırda məktəbdə fortepiano, skripka, gitara, klarnet, saksofon, vokal, xanəndə, tar, kamança, qarmon, nağara, rəssamlıq, xoreoqrafiya ixtisasları, nəzəriyyə və tədris köməkçi fənləri ixtisası üzrə 385 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 78 müəllim məşğul olur.

Diqqətə çatdırılıb ki, Azərbaycanın Əməkdar artisti Vaqif Mustafazadə 1949-1956-cı illərdə məktəbin fortepiano şöbəsində təhsil alıb. Bu məktəbin şagirdləri müxtəlif respublika və beynəlxalq müsabiqələrdə, festivallarda uğurla iştirak edərək yüksək nəticələr əldə edirlər. Məktəbin yerləşdiyi bina indiyədək əsaslı təmir edilməyib.

Birinci vitse-prezident Mehriban Əliyeva məktəbdə müvafiq təmir-bərpa işlərinin aparılmasına dair göstəriş verib.(Report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar