Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Ərdoğana "yox" dedi – Münasibətlərə Moskvadan baxış

Rusiya Suriya ordusunun hücumunu dəstəkləyir

Türkiyə Cümhuriyyətinin (TC) prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı bəyan edib ki, Türkiyə Suriyanın şimal-qərb əyaləti olan İdlib ərazisində atəşin dayandırılmasını istəyir.

Kremldə isə deyirlər ki, bu gün məhz Türkiyə İdlibdə dinc sakinlərə, o cümlədən, qonşu əyalətdən (Latakiya) Rusiya hədəflərinə atəş açan terrorçuları dayandırmalıdır. Başqa sözlə, Moskva bəyan edib: Türkiyənin tələbinə baxmayaraq, Rusiya Suriya ordusunun hücumunu dəstəkləyir. Hücumun məqsədi ekstremistlərin nəzarət etdiyi sonuncu əyalətin azad edilməsindən ibarətdir.

Xatırladaq ki, Suriya ordusunun hücumu artıq bir aydır ki, davam edir, İdlib əyalətinin sakinləri isə münaqişə zonasından uzaq olmaq üçün miqrasiya edirlər. Dinc sakinlərin bir çoxu Türkiyəyə can atır, amma burada onları bağlı keçid məntəqələri gözləyir. Suriyalıların böyük qrupu bir neçə gun əvvəl Atmex keçid məntəqəsindən Türkiyəyə müraciət edərək, sərhədin açılmasını istəyib. Buna baxmayaraq, sərhəd bağlı qalmaqdadır.

Keçid məntəqəsinin qarşısında böyük bir düşərgə yaranıb. Mənbələrin məlumatına görə, hazırda orada 20 mindən artıq qaçqın açıq səma altında gecələyir. Düşərgənin əməkdaşlarından biri – Əbu əl-Nur «Röyter» agentliyinə bildirib: «Onlar başlarını soxmağa yer tapmırlar, su yoxdur və biz, özümüzdən asılı olan hər şeyi edirik, ancaq bu, bizim imkalarımız xaricindədir».

Qərb ölkələri Rusiyanı bunda günahlandırırlar ki, İdlibə hücumu dəstəkləməklə, o, Suriyada növbəti miqrasiya böhranını qızışdırır. Ancaq Rusiya bildirir ki, söhbət ekstremistlərdən (İdlibin «Əl-Qaidə»nin nəzarəti altında olduğu bildirilir – M.A.) gedərkən, geri çəkilməyəcək.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vəziyyəti belə şərh edib: «Gerçəkdən, İdlibdə atəşi dayandırmaq vacibdir – buna nail olmaq lazımdır ki, terrorçular mülki əhaliyə və bizim hərbçilərin yerləşdiyi bəzi obyektlərə atəş açmağı dayandırsınlar. Bu, Türkiyə tərəfin məsuliyyətindədir».

Məsələ bundadır ki, ötən ilin payızında Ərdoğanla Putin arasında əldə olunmuş razılığa əsasən, Suriya ordusunun hücumu dayandırılmışdı və hərbi gücü İdlibdə yerləşmiş Türkiyə terrorçu qruplaşmaları İdlibdən çıxartmağı öhdəsinə götürmüşdü. Ancaq türklər bunu etmədilər. Üstəlik də son yarım ildə terrorçu qruplar bu bölgədə daha da möhkəmləniblər, Suriya ordusuna qarşı mübarizə aparmaq məqsədilə, kiçik silahlı qruplar «Əl-Qaidə»nin qollarına birləşiblər.

Rusiyanın Ərdoğana bu «yox»-u Suriya müharibəsində xeyli əhəmiyyətli məqamdır. Tam aydındır ki, əgər Rusiya Suriya ordusunun hücumunu dayandırsa, İdlibdə terroçular elə məğlub omamış da qalacaqlar.

Ümumiyyətlə, Rusiya nə üçün Suriya orlusunu dəstəkləyir? Bunun iki əsas səbəbi var. Birincisi Suriya ilə bağlıdır, ikincisi isə böyük hesabla, Rusiyanın maraqlarıdır. Beləliklə, birincisi, Ərdoğanla Putinin müqaviləsi növbəti ciddi gərginliyin qarşısını aldı. Belə ki, qərb gücləri ABŞ-ın rəhbərliyi altında, Suriyanın dərinliklərinə daxil olmaq üçün (uydurma «kimyəvi hücum» və məsuliyyətlə bağlı) daha bir cəhdə hazırlaşırdılar. Moskva və Dəməşq anlayırdı ki, uzun illər terrorçuları dəstəkləyən güclər son «qala»nı asanlıqla təhvil verməyəcəklər. Hərbi varianta qarşı münaqişənin siyasi yolla həlli variantı qoyulmuşdu – Türkiyə və Qərb indi də bunu dəstəkləyir…

Bəs, söhbət hansı siyasi həlldən gedir? Münaqişənin uzun müddətli dövr üçün dondurulması, İdlibdə ekstremistləri azad buraxmaq və nəticə etibarilə, bütün bunlar Suriyanın düşmənlərinə bu ölkə daxilində özlərinin daimi «beşinci kolon»nunu saxlamaq imkanı verərdi. Sonradan, həmin kolon münaqişəni yenidən alovlandıra və ya Dəməş hakimiyyətini siyasi vasitələrlə laxlada bilər. Ona görə də Rusiya Əroğanla danışaraq, hansısa bir zaman kəsiyində miqyaslı xarici hərbi müdaxilənin qarşısını aldı.

Təcrübə göstərdi ki, bu, düzgün addım olub, nədən ki, ABŞ hazırda Venesuela və İranla «məşğuldur». Hələ ki, ABŞ-ın diqqəti bu qaynar nöqtələrə yönəlib, Suriya ordusu ötən payızdakı mövqeyinə qayıda bilər - Rusiya hərbi-hava qüvvələrinin güclü dəstəyi altında! Əlbəttə, Rusiya İdlibdə sakitcə fəaliyyət göstərir – avizərbələr barədə informasiyalar yayılmır. Hər şey səs-küysüz baş verir – infromasiya sakitliyi şəraitində…

İkinci səbəb ondan ibarətdir ki, Ərdoğanla Putin arasındakı müqavilə Rusiya maraqlarından doğur. Türkiyə prezidentinə güzəştə getməklə, Rusiya Ankara ilə münasibətləri yaxşılaşdırdı, həm də güman ki, qazandı. Aydındır ki, söhbət S-400 ZRK-nin satışıdan gedir. Bu sövdə mahiyyət etirbarilə, Rusiya ilə Tükiyə arasında daha miqyaslı hərbi və iqtisadi əməkdaşlığın qurulmasının (məsələn Birgə S-500 ZRK-nin yaradılması perspektivi) «uvertürası» sayıla bilər…

Bu məqamda, ciddi bir sual ortaya çıxır: İdlibə hücumun davam etdirilməsi bu planları poza bilərmi? Mümkündürmü ki, Türkiyə İdlibdəki vəziyyətdən hiddətlənib də S-400-dən imtina etsin? Əlbəttə, amma bu, belə bir versiyanın təsdiqi olardı ki, Türkiyə bu sövdələrdən Rusiyaya təsir göstərmək istiqamətində bir vasitə kimi yararlanır. Moskva isə buna yol verə bilməz. Bu baxımdan, Rusiya üçün yaxşı olardı ki, sövdə pozulsun. İstisna deyil – Türkiyə «dişlərini qıcaya» bilər və hər şey plan üzrə gedər. Hələlik isə Türkiyədə S-400 müdafiə sistemlərini gözləyirlər…(Azpolitika.info)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar