Cümə axşamı, 18 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Demokratların namizədini Donald Tramp seçəcək...

İstənilən halda, seçki zamanı Donald Tramp öz rəqibinə görə seçki kampaniyasını formalaşdıracaq və 2020-ci ilin noyabrından sonra Tramp Ağ Evdən getsə də, ruhu hələ də orada can verəcək...

Frenk Bruni,
“The New York Times” qəzeti, ABŞ

Prezident Donald Tramp öz partiyasında şişirtmə və dinamika işlərinə baxır.

2020-ci il prezidənt seçkilərinə namizəd olan 37 yaşlı Pit Budicec gedərək artan yüksəlişini öz parlaq zəkasına və siyasi duruşuna borcludur. Lakin daha çox Trampa təşəkkür etməlidir.

İndiana kimi kiçik bir şəhərin bələdiyyə sədri olmaq hələ prezident olmaq üçün güclü bir karyera tarixçəsi deyil. Bunun əvəzinə, televiziyada, qumarxanalarda və ya gözəllik yarışmalarında iştirak etmək isə daha “uğurlu bir siyasət” ola bilər.

Vəzifədə olan hər bir prezident yarışda öz rəqibini müəyyənləşdirməkdə böyük rol oynayır. Tramp isə yarışa təkcə təsir etmir, həm yarışı təhrif edir. Məsələn, 2008, 2012 və 2016-cı illər bizə çox sadə və xoş görünür. Lakin əsas səbəb heç də inkişafa əngəl olmaq, çeşidliliyi artırmaq və ya sosial medianı çökdürmək deyildi.

Trampın əsas fəaliyyəti namizədlərin seçildiyi prinsipləri və standartları dəyişdirməkdir. Tramp hər bir anlayışın mahiyyətini dəyişdirməyə çalışır. O, hər cür təklifləri oxumaq və rədd etmək səlahiyyətinə sahibdir.

Ümumiyyətlə, öz partiyası tərəfindən prezidentliyə namizəd olaraq irəli sürülən bir Demokrat “Tramp damğalı” hesab olunsa və bu istiqamətdə davam etsə, onun taleyi də Tramp tərəfindən müəyyənləşdiriləcək.

Tramp, həmçinin, Demokrat partiyasının üzvlərinin sayının müəyyənləşdirilməsi məsələsində də böyük roloynayır. “Seçicilik” anlayışı Demokratları narahat edən bir məsələdir. Çünki Demokratların əksəriyyəti Trampdan çəkinir.

İstənilən halda, seçki zamanı Donald Tramp öz rəqibinə görə seçki kampaniyasını formalaşdıracaq və 2020-ci ilin noyabrından sonra Tramp Ağ Evdən getsə də, ruhu hələ də orada can verəcək.

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Şərh yazın.

loading...