Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Huawei” şirkətinə gələn bağlamalarla bağlı araşdırma aparılır

Çin höküməti ABŞ-ın “FedEx” poçt xidmətinə bildiriş göndərib

Çin hökuməti “Huawei” şirkətinə bağlamaların göndərilməsi ilə bağlı qanun pozuntularına dair araşdırma başladıqları barədə ABŞ-ın “FedEx” poçt xidmətinə bildiriş göndərib.

“Report” “Xinhua”ya istinadən xəbər verir ki, bundan iki həftə əvvəl səlahiyyətli rəsmi qurumlar bu məsələni aydınlaşdıracaqlarını bildirmişdilər.

Qeyd edək ki, ABŞ-ın sanksiya tətbiq etdiyi “Huawei” şirkəti daha əvvəl “FedFex” poçt xidmətini şirkətin Şanqhai və Quanqjou şəhərlərindəki ofislərinə Yaponiyadan gələcək iki bağlamanı qanunsuz olaraq ABŞ-a göndərməkdə ittiham etmişdi. Şirkət həmçinin Honq Konq və Sinqapur nümayəndəliklərinə çatacaq göndərişlərin də ABŞ-a yollamağa cəhd göstərildiyini bildirmişdi.

Bununla bağlı bəyanat verən “FedEx” kiçik sayda göndərişlərin daşınmasında problemlərə görə üzrxahlıq etmiş və bunun kənar qüvvələrə dəxli olmadığını bildirmişdi.

Bu il mayın 17-də ABŞ tərəfindən “qara siyahı”ya salınan "Huawei" "Google" şirkətinin istehsalı olan smartfonların təchiz olunduğu “Android” mobil əməliyyat sisteminin yeni versiyasından məhrum edilib.

pia.az


Etiket: Huawei Google ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar