Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kia” Çindəki zavodunun fəaliyyətini dayandıracaq- Gələn ay

3 zavoddan birinin fəaliyyəti dayandırılacaq

Cənubi Koreyanın ikinci ən böyük avtomobil istehsalçısı “Kia Motors” iyulda Çindəki 3 zavodundan birinin fəaliyyətini dayandıracaq.

Azərtac şirkətin məsələ ilə əlaqədar yaydığı məlumata istinadla xəbər verir ki, dünyanın ən böyük avtomobil bazarında satışın azalmasını əsas götürən “Kia Motors” rəhbərliyi Çinin Ciansu vilayətindəki zavodunun fəaliyyətini dayandırmaq barədə qərar qəbul edib. İstehsal sahəsində çalışan minə yaxın işçi şirkətin digər zavodlarına köçürüləcək. Fəaliyyətini dayandıran zavod isə iyuldan etibarən “Kia Motors”un Çindəki biznes tərəfdaşı olan “Dongfeng Yueda”ya uzunmüddətli icarəyə veriləcək.

Qeyd edək “Kia Motors”un Çində satışları son illər xeyli azalıb. ABŞ-ın Cənubi Koreyada THAAD raket hücumundan müdafiə sistemini quraşdırmasına rəsmi Pekinin etirazı ilə iki ölkə arasında yaranmış diplomatik narazılığın iqtisadi-ticari əlaqələrə mənfi təsiri nəticəsində 2017-ci ildə “Kia Motors”un Çindəki satışı 44 faiz azalmışdı. Ötən il satış 9 faiz çoxalsa da, şirkətin planlaşdırdığı hədəfə çatmayıb. Hazırda “Kia Motors”un Çində illik ümumi istehsal gücü 900 min avtomobilə yaxın olan 3 zavodu fəaliyyət göstərir.

Cənubi Koreyanın ən böyük avtomobil istehsalçısı olan “Hyundai” da bir müddət əvvəl Çindəki ən böyük zavodunun fəaliyyətini dayandırmağı düşündüyünü açıqlayıb. Pekində yerləşən və illik istehsal gücü 300 min avtomobil olan zavod hazırda yarı gücü ilə işləyir. Cari ilin yanvar-aprel aylarında Çində “Hyundai” və “Kia” avtomobillərinin birgə satışı 18 faiz azalıb.

pia.az


Etiket: Kia Çin

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar