Bakıda arvadı ilə mübahisə edən kişi intihara cəhd edib
Hadisə Binəqədi rayonu, Görədil qəsəbəsində yerləşən “Abşeron Marina” restoranının qarşısında qeydə alınıb.
Həyat yoldaşı ilə mübahisə edən 41 yaşlı Ü.Həsənov intihar etmək məqsədi ilə sirkə turşusu içib.
Xəstəxanaya yerləşdirilən Ü.Həsənovun vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
“Report” bildirir ki, Ü.Həsənov nazirliklərdən birinin əməkdaşıdır.
O, iki il əvvəl “Tərəqqi” medalı ilə təltif də olunub.
pia.az