Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş nazir mülk davasına başladı - Şirkəti məhkəməyə verdi

Sabiq nazir məhkəməyə müraciət edib

Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov Bakının Səbail rayonu ərazisində yerləşən mülkiyyətin ona məxsus olduğunu iddia edərək, həmin ərazinin boşaldılmasını tələb edir. Sabiq nazir bundan ötrü məhkəməyə müraciət edib.

Pia.az bizimyol.info-ya istinadən xəbər verir ki, F.Ələkbərov "Məlahət" MMC-yə qarşı iddia qaldırıb. Cavabdeh qismində həm də Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsini qoyub.

Sabiq nazir iddia edir ki, hazırda "Məlahət" MMC-nin istifadəsində olan mülkiyyət əslində ona məxsusdur. O, həmin əmlakın boşaldılmasını, bu günədək həmin mülkiyyətdən istifadə edə bilmədiyinə görə ona dəymiş ziyanın ödənilməsini tələb edir.

Qarşı tərəf isə sabiq nazirin iddiasını əsassız sayır. Bildirir ki, həmin əmlak "Məlahət" MMC-yə məxsusdur, bunu təsdiqləyən sübutlar da var.

Bu işə Səbail rayon Məhkəməsində hakim Mədinə Bağırova baxır. Məhkəmədə F.Ələkbərovun nümayəndəsi vəsatət qaldırıb ki, bu işə baxılıb yekun qərar çıxarılana qədər mübahisəli mülkiyyətlə bağlı hər hansı hüquqi addımın atılması (satılması, girov qoyulması), istifadəsi qadağan edilsin. Hakim də bu vəsatəti təmin edib.

Cavabdeh tərəf bu qərardan apellyasiya şikayəti verib. İyunun 18-də Bakı Apellyasiya Məhkəməsində həmin şikayətə baxılacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar