Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

II Avropa Oyunlarının açılışında Patrik Hikki də iştirak edəcək

Avropa Olimpiya Komitələrinin (EOC) səlahiyyətləri əlindən alınmış sabiq prezidenti Patrik Hikki "Minsk 2019" II Avropa Oyunlarında iştirak edəcək

Bu barədə "Inside the Games"ə EOC-dan verilən açıqlamada bildirilir. Mənbə irlandiyalı funksionerin Oyunların keçiriləcəyi müddətdə Minskdə qalmayacağını əlavə edib.

EOC iyunun 21-də keçiriləcək açılış mərasiminə özünün bütün sabiq prezidentlərinin dəvət edildiyini də açıqlayıb. Oyunlar iyunun 30-dək davam edəcək.

Qeyd edək ki, Patrik Hikki 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından əvvəl oğurluq, vergidən yayınma, çirkli pulların yuyulması və mütəşəkkil cinayətkarlıq ittihamları ilə həbs olunub. Ondan yüzlərlə olimpiada bileti müsadirə olunub. Sabiq prezidentin özü isə bütün ittihamları rədd edib. Hikkiyə məhkəmə araşdırmaları 2018-ci ilin noyabrında başlamalı olsa da, Braziliya Ali Məhkəməsi tərəfindən dayandırılıb. Beynəlxalq Olimpiya Komitəsinin Etika Komissiyası irlandiyalı funksionerin statusu barədə hələ qərar qəbul etməyib. Braziliyadan İrlandiyaya qayıtdıqdan sonra o, ictimaiyyət arasında nadir hallarda görünüb. Lakin Hikki 2017-ci ildə Macarıstanın paytaxtı Budapeştdə və 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatlarında iştirak edib. O, ilk dəfə 2015-ci ildə Bakıda keçirilmiş Avropa Oyunları ideyasının müəllifi və təşəbbüskarıdır.(Report)

pia.az


Etiket: Patrik Hikki

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar