Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Masallının üç kəndində “pomidor sovkası” xəstəliyi yayılıb

Masallı rayonunun üç kəndində pomidor sahələrində "sovka" xəstəliyi yayılıb

On gün ərzində zərərverici həşəratlar Qızılağac, Gəyəçöl və Sərçuvar kəndlərinin təsərrüfatlarına xeyli ziyan vurub.

Fermerlərin narahatçılığına səbəb ciddi tədbirlər görülməyəcəyi təqdirdə, xəstəliyin bütün əkin və pomidor məhsulunu zay etmək təhlükəsidir.

Masallı Rayon Bitki Mühafizəsi Mərkəzindən sayta bildirilib ki, görülən tədbirlər nəticəsində xəstəliyin qarşısı qismən alınıb: "Masallı Rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri fermerlərə lazımi tövsiyələr və zəruri dərman preparatları ilə bağlı məlumat veriblər. Lakin "sovka" karantin zərərverici sayılmadığı üçün fermerlər kimyəvi dərman preparatlarını öz hesablarına almalıdırlar. Dərmanlama aparatlarının olmaması da fermerlərə zərərvericilərə qarşı mübarizədə müəyyən çətinliklər yaradıb".

"Təsərrüfatlarda əvvəlki illərdə də analoji problemlə üzləşilib. Xəstəliyin genişlənməməsi üçün zərərvericilərin yumurta qoyub çoxalmasına imkan verməmək lazımdır. Havaların isti keçməsi, alaq otlarının təmizlənməməsi və kortəbii dərmanlama da xəstəliyin artmasına səbəb olur. Xəstəliyin yaxın vaxtlarda tam aradan qaldırılmasından ötrü hazırda pomidor sahələrində dərmanlama işləri aparılır", deyə məlumatda vurğulanıb.(Report)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar