NATO-nun şərq cinahındakı ABŞ qoşunlarının komandanlıq mərkəzi Polşaya köçürüləcək
RİA Novosti-nin məlumatına görə, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak yerli radiostansiyanın efirində bildirib.
“Biz ABŞ qoşunlarının diviziya komandanlığında iştirakı ilə bağlı razılığa gəlmişik. ABŞ-ın NATO-nun şərq cinahındakı qoşunları məhz bu komandanlıq mərkəzinə tabe olacaq”, - M.Blaşak bildirib.
Xatırladaq ki, bundan əvvəl ABŞ və Polşa hökumətləri Birləşmiş Ştatlara aid “MQ-9” hərbi kəşfiyyatçı dronlarından ibarət eskadrilyanın Polşaya yerləşdirilməsi ilə bağlı razılaşma əldə etmişdilər.(virtualaz.org)
pia.az