Çərşənbə axşamı, 22 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Adı FETÖ ilə hallanan rektorun evi qarət edildi – Gəncədə

Bu günlərdə Gəncədə oğurluq hadisəsi baş verib. Belə ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun yaydığı məlumata görə, iyun ayının 13-də Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisindəki yaşayış evlərinin birində oğurluq hadisəsi baş verməsi barədə ərizə daxil olub

Dərhal Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən 2000 dollar nağd pul, ümumi dəyəri 3000 manat olan iki ədəd qızıl saat, ümumi dəyəri 700 manat olan 2 ədəd mobil telefon və 500 manat dəyərində bəzək əşyaları oğurlanıb.

Qeyd edək ki, rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş, 18 yaşlı Mahir Tağıyev, 23 yaşlı Xəlil Qarayev və 20 yaşlı Mayıl Həsənov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri oğruluq hadisəsini etiraf ediblər və oğurladıqları əşyaları satdıqlarını deyiblər. Faktla bağlı araşdırmalar davam etdirilir.

Sözügedən oğurluq hadisəsi ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşları təriəfindən saxlanılan şəxslər Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Şamil oğlu Süleymanovun evini qarət ediblər. İddia olunur ki, məhz bu səbəbdən də Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun yaydığı məlumatda hadisənin nə zaman və kimlər tərəfindən törədildiyi, o cümlədən qarət zamanı evdən aparılan pul və qiymətli əşyalar barədə bilgilər əks olunsa da, evin kimə məxsus olması qeyd olunmayıb.

Bu barədə redaksiyamızı bilgiləndirən məlumatlı mənbənin sözlərinə görə, Azərbaycan Texnologiya Universitetinin rektoru baş vermiş hadisədə adının hallanmaması üçün əməlli-başlı "əmək" sərf edib. Maraqlıdır, görəsən niyə? Axı burda qeyri-adi, ya da utanıb çəkinəcək heç nə yoxdur. Çünki oğurluq hadisəsi hər kəsin başına gələ bilər və heç kim bundan sığortalanmayıb.

Qeyd edək ki, 13 mart 2013-cü il tarixdən etibarən Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsində çalışan Akif Süleymanovun adı müxtəlif vaxtlarda nurçular və FETÖ ilə yanaşı hallanıb. Məsələn, bildirilir ki, adıçəkilən universitetin əməkdaşlarının qanuni hüquqları rektor Akif Süleymanov və onun oğlu Şamil Süleymanovun AZİNKA şirkətinin vasitəsilə təyin etdiyi prorektorlar Vüqar İsmayılov, Səbuhi Yusifov, Piri Axundov başda olmaqla, bir dəstə "nurçu" tərəfindən pozulmaqdadır. Bu barədə yayılan informasiyalara görə, Azərbaycan Texnologiya Universitetində maaş bölgüsü qeyri-qanuni və gizli aparılır. Nəticədə hər ay maaş yazılanda qeyri-qanuni tutulmalar olunur.

Kollektivin əsas hissəsinin əmək haqqı 120-250 manat olduğu halda, Texnologiya Universitetinin rektoru Akif Süleymanovun oğlu Şamil Süleymanovun AZİNKA şirkətinin vasitəsilə təyin etdiyi prorektorların, dekanların, özlərinə yaxın hesab etdikləri şöbə müdirlərinin əmək haqları 1000-1500-5000 manat və daha yüksək yazılır.

Bundan başqa, Türkiyə Ali Təhsil Şurası (YÖK) Azərbaycan Texnologiya Universitetinin FETÖ ilə bağlantısı ehtimalını nəzərə alaraq, onu tanımamaq haqda qərar verib. Belə ki, YÖK-ün qərarında bildirilir ki, İdarə Heyətinə müvafiq qurumlardan təqdim edilən məlumatlara əsasən, Ali Təhsilin Baş Assambleyası 07.03.2019-cu il tarixli FETÖ / PDY iclasında, diplomun ekvivalentliyə tətbiqi üçün İdarə Heyətinə müraciət edən və ya daha əvvəl tətbiq olunan və başa çatan, tərif və bərabərlik tələblərinin qiymətləndirilməsi və qiymətləndirilməsi ilə bağlı olan xarici ali təhsil müəssisələri ilə əlaqəli olan, Azərbaycanın ali təhsil müəssisələrindən biri olan "Azərbaycan Texnologiya Universiteti"ni tanımmamaq qərara alındı.

Məsələnin maraqlı tərəfi ondadır ki, Azərbaycan Texnologiya Universitetinin hər hansı yetkili şəxsi, o cümlədən ali təhsil ocağının rektoru Akif Süleymanov Türkiyə Ali Təhsil Şurasının sözügedən qərarı ilə bağlı heç bir rəsmi açıqlama ilə çıxış etməyib. Yəni onlar universitetin FETÖ ilə əlaqəli olmasını təkzib etməyiblər. Bu isə öz növbəsində, YÖK-ün qərarının doğruluğunu təsdiqləməyə əsas verir. Məhz bu səbəbdən də ümid edirik ki, Azərbaycanın Təhsil Nazirliyi, o cümlədən hüquq-mühafizə orqanları qısa zaman ərzində həm Texnologiya Universiteti, həm də onun rektorunun fəaliyyəti ilə bağlı müvafiq araşdırmalara başlayacaq. Çünki burada söhbət kifayət qədər ciddi ittihamlardan, eyni zamanda qardaş ölkələr olan Azərbaycanla Türkiyənin münasibətlərinə xələl gətirə biləcək məqamlardan gedir.

Bu arada, onu da vurğulamaq lazımdır ki, Akif Süleymanovun evini qarət edildikdən sonra onun sürücüsü işdən azad olunub. Bu barədə məlumat verən şəxs deyir ki, rektorun evinin qarət olunmasında onun sürücüsünün də bu və digər formada iştirakı ehtimal olunur.(“Hurriyyet.org”)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Rektor Qarət

Şərh yazın.

loading...

Ən çox oxunanalar