Bazar, 22 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Gürcüstanda saxlanılıb

Gürcüstanda Azərbaycan vətəndaşı Avtandil Məmmədov saxlanılıb

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, A.Məmmədov Azərbaycan tərəfindən “İnterpol”un “qırmızı xətti” ilə axtarışa verilib.

Saxlanılan şəxs Azərbaycanda dələduzluqda ittiham olunur.

A.Məmmədov bu gün Marneuli rayonunun Rustaveli küçəsində saxlanılıb.

Məlumatda qeyd olunub ki, A.Məmmədov 2017-ci ildə Gürcüstanda sığınacaq almaqla bağlı müraciət edib, lakin onun müracəti təmin olunmayıb. A.Məmmədov bu qərardan məhkəməyə şikayət edib və hazırda iş üzrə məhkəmə prosesi davam edir.

Qanunvericiliyə əsasən, məhkəmə prosesi başa çatmayana qədər A.Məmmədovun Gürcüstandan Azərbaycana ekstradisiyası mümkün olmayacaq.(Report)

pia.az


Şərh yazın.

loading...