Çərşənbə, 16 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Bəzi Bakı ətrafı qəsəbələr yeni avtobuslarla təmin ediləcək

BNA İdarə Heyətinin sədri Vüsal Kərimli bu haqda məlumat verib

Vüsal Kərimli: “Bu ilin sonuna qədər Bakı ətrafı qəsəbələrinin müəyyən hissəsini yeni avtobuslarla təmin edəcəyik”

“Bu il Bakı ətrafı qəsəbələrin avtobus xətlərinin dəyişdirilməsinə üstünlük veriləcək”.

Bunu İTV-yə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

V.Kərimli bunun insanların daha rahat nəqliyyat vasitəsi ilə təmin etmək məqsədi daşıdığını qeyd edib:

“Amma burada digər məsələ də var. Kompleks tədbirlər görülməlidir. Bura yol infrastrukturu, dayanacaqların quraşdırılması, nişanlanma və s daxildir. Düşünürəm ki, bütün bunlar olduqdan sonra ilin sonuna qədər biz qəsəbələrin müəyyən hissəsini yeni avtobuslarla təmin edəcəyik”.

Xatırladaq ki, BNA-nın yaydığı məlumata görə, bu il avqust ayında Bakıya 300 yeni avtobus gətiriləcək.(Report)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar