Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran nüvə proqramını genişləndirir

İran hökuməti növbəti on gün ərzində az təmizlənmiş uran ehtiyatının nüvə sazişində nəzərdə tutulan 300 kiloqram həddini aşacaq

İran Dövlət Televiziyası xəbər verib ki, bunu İran Atom Enerjisi Təşkilatının (AEOİ) sözçüsü Bəhruz Kamalvəndi deyib.

Onun sözlərinə görə, rəsmi Tehran müəyyən edilmiş həddən 20 faiz artıq təmizlənmiş urana ehtiyac duyur.

Xatırladır ki, İranın nüvə proqramına dair 2015-ci ildə imzalanmış Hərtərəfli Əhatəli Fəaliyyət Planına görə rəsmi Tehran təmizlənmiş uranın 300 kiloqram həddindən artıq həcmini xarici ölkələrə satmalıdır.

Ötən il ABŞ hökuməti İranı həmin sənədin şərtlərini pozmaqla nüvə silahlarına dair çalışmalara davam etməkdə qınayaraq razılaşmanı tərk etdiklərini açıqlamışdı. Bundan bir qədər sonra İran tərəfi də sözügedən sənədin bəzi müddəaları çərçivəsində öhdəliklərinin icrasını dayandırdıqlarını açıqlamışdı.

pia.az


Etiket: İran nüvə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar