Çərşənbə, 16 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Ağdamda istifadəyə yararsız 120 kq ət aşkarlandı

Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının və Qida Təhlükəsizliyi Agentliyi nümayəndələrinin iştirakı ilə Ağdam rayonu ərazisində tədbir keçirilib

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Maqsudlu kənd sakini Yavər Azadovun idarə etdiyi “QAZ-2410” markalı avtomobilə baxış zamanı mənşəyi məlum olmayan, natəmiz vəziyyətdə və istifadəyə yararsız 120 kiloqram çəkidə mal əti aşkar edilib.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib, araşdırmalar aparılır.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


loading...

Ən çox oxunanalar