Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin və Kreml rus gənclərini necə itirdi…

Yaşca böyüyən liderlər və yaşca kiçik əhalinin qarşıdurması

Vladimir Milov, Olqa Xvostunova

“The Washington Post”, 17.06.2019

Son illərdə Rusiya gəncləri siyasi apatiya və konformizm, eləcə də aktivizm və vətənpərvərliyin təhlükəli formalarına görə sərt tənqidə məruz qalıblar. Bəzi alimlər onları Sovet İttifaqının Kommunist Partiyası tərəfindən idarə olunan komsomolun yeni versiyası kimi səciyyələndirib və Rusiyada “ən putinpərəst qrup” hesab edirlər.

Lakin 2017-ci ilin martında, bütün gözləntilərin əksinə, minlərlə gənc rus hökumətin korrupsiyasına etiraz etmək üçün küçələrə çıxdı.

Bəs indi Kreml qəlbləri və zehinləri yenə ovsunlaya bilir və ya cazibəsini itirir?

Sualın cavabı sadə olmasa da, “Svobodaya Rossiya” Fondu üçün yeni hesabatımıza görə, prezident Vladimir Putin və Kreml, bəlkə də, artıq gənclərdən aldığı dəstəyi sonadək xərcləyib.

Hesabatımız 17-25 yaş arası rusların yeni nəslinin ölkənin yaşlı liderliyi, sovet ritorikası və nepotist gündəmindən böyük ölçüdə ayrıldığını ətraflı göstərir. Doğrudur, Putinə etimad reytinqi nisbətən yüksəkdir (60%-dən çox), amma gənclər arasında son on ildə rəğbət kəskin şəkildə azalıb: 2009-cu ildə 80% zirvəsi ilə müqayisədə, 2019-cu ilin yanvar ayında – 32%.

Bu dəyişikliyə gətirib çıxaran hadisələri dərk etmək, gələcəkdə nəyin baş verəcəyini başa düşmək üçün vacibdir.

Bir neçə faktor oyunda iştirakçı olub.

Nəsillərarası qarşıdurma Rusiya liderliyi ilə gənclər arasında artan münaqişənin əsas amillərindən biridir. Putin 66 yaşındadır və çevrəsinin əksər üzvləri 60-ı haqlayıb. Bu yaş fərqi fərqli dəyərlər, münasibətlər və ünsiyyət üslubları ilə daha da ağırlaşır. Putinin bədnam “ağzı” və nadir hallarda internetdən istifadə etməsi onu köhnə-kürüş vəziyyətə gətirir.

Bundan əlavə, Rusiyada tədrici iqtisadi zəifləmə qeyri-bərabərliyi daha da gücləndirib. 2014-cü ildə Krımın ilhaqı baha başa gəlib, iqtisadiyyat Qərb sanksiyaları ilə üzləşdirib və ortabab rusları çökdürüb. Yaşayış standartları pisləşdiyi üçün narahatlıq rusları, o cümlədən gəncləri bələyib.

Gənc ruslar korrupsiya və nepotizmin iqtisadi qeyri-müəyyənliyə töhfə verdiyini bilirlər. Onlar bir çox vəzifələrin ancaq Putinə sadiq adamlar və uşaqları arasında bölüşdürüldüyünü görməyə bilməzlər. 2018-ci ilin dekabr ayında keçirilmiş bir sorğunun nəticələrinə görə, gənc rusların 41 faizi – rekord həddə – mühacirət etmək niyyətindədir. Bu, söhbət gənclərdən getdikdə, Kremlin Qərbi və ABŞ-ı xarici düşmən kimi təsvir etmək səylərinin uğursuzluğunu əks etdirir. 2018-ci ilin rəy sorğuları göstərir ki, 25 yaş və ondan aşağı olan gənclərin 60 faizi Birləşmiş Ştatlar barədə müsbət fikirlərinə malikdir – 55 yaşlılardan üç dəfə çox.

Amma ən maraqlı faktor Kremlin uğursuz gənclər siyasətidir. 2000-ci illərdə Rusiya hökuməti bir neçə uğur qazanıb, minlərlə insanı Putinə, komsomol tərzi gənclik hərəkatlarına (“Birlikdə gediş” – «Ходить вместе» və onun varisi “Bizimkilər” – «Наши») cəlb edə bilib. Lakin Kremlin gələcəklə bağlı uzunmüddətli baxış yoxluğu və konstruktiv dialoq qurmaq səriştəsizliyi bu dəstəyi azaldıb.

Əksinə, müxalifət lideri Aleksey Navalnı onları maraqlandıran məsələlərə toxunaraq gənc rusların qəlbini ovsunlaya bilib. Baş nazir Dmitri Medvedevin şəxsi zənginliyi ilə bağlı araşdırma – birbaşa gənc auditoriyaya müraciət edən cəlbedici vizual hekayət –hökumət rəsmilərinin mənimsəmələri ilə yüksək mənsəbli məmurların həbsi fonunda – gənclərin arzularını və karyera imkanlarını məhdudlaşdıran “korrupsiya mədəniyyəti”nə yönəlmişdi.

Gənclər Navalnının çağırışına cavab verib küçəyə çıxıblar. Heyrətamizdir, 2017-ci ilin kütləvi etiraz aksiyası ilə müqayisədə, indi nümayişçilərin 75%-i 30 yaşın altındaydı. Etirazlar vaxt keçdikdən sonra öləzidi, ancaq bu, məyusluğun aradan qaldırıldığı anlamına gəlmir.

Gənc rusların yalnız 14%-i etiraz aksiyasında iştirak etməyə hazır olduqlarını söyləyir və 72%-i bunu hökumətə təsir göstərmək üçün səmərəsiz bir yol kimi görsə də, əksəri yerli səviyyədə vətəndaş fəallığı göstərir. 2017-ci ildəki nümayişlərdən əvvəl də gənclərin iştirakı müxtəlif istiqamətlərdə, o cümlədən ətraf mühitlə bağlı iş, şəhər aktivliyi və könüllülüklə böyümüşdü. Kremlin yaratdığı siyasi boşluqlara cavab olaraq gənclər kiçik əməllər siyasətinə diqqət yetirirlər.

Lakin görünür ki, Kreml indi gəncləri geri qazanmaq strategiyasını nəzərdən keçirir. Gənclər siyasətinə nəzarət Sergey Kiriyenkoya – Putinin seçki komandası rəhbəri və administrasiya rəhbərinin birinci müavininə tapşırılıb. Gənclər işlərinə məsul olan federal təşkilat hazırda, 2018-ci ildə olduğundan, 7 yeddi dəfə böyük büdcəyə sahibdir.

Kremlin gəncləri birləşdirmək səyləri üçün neçə-neçə il lazımdır. Amma bu səylər uğurlu olmayacaq. Putin rejimi yaşca böyüyüb, daha sərt və repressiv olduğu üçün gənc ruslarla olan qarşıdurması daha da kəskinləşir.(Tərcümə: Strateq.az)

pia.az


Etiket: Putin Kreml

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar