Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müxalifət niyə seçkidə qalib gələ bilmir?

Siyasi dəyişikliklərin tısbağa sürətinin səbəbləri

Leonid Raqozin

“Əl-Cəzirə”, 05.07.2019

2014-2015-ci illərdə Krımın işğalı Rusiyanın dövlət başçısı Vladimir Putinə etimadı 86 faizə qədər yüksəldib və yüksək göstərici bir neçə il yerində qalıb. Ancaq son bir neçə ayda Putinin populyarlığı sabit şəkildə azalıb və təxminən 66 faiz təşkil edib – 2012-2013-cü illərdə kütləvi etiraz aksiyaları ilə qarşılaşdıqda, olduğu qədər.

Bu tendensiya Rusiyanın son iqtisadi böhrandan sonra insanların real gəlirlərinin azalması ilə əlaqədardır. Xüsusilə bir hadisə Putinin reytinqinin azalma səbəbidir: 2018-ci ildə pensiya yaşını artırma qərarı.

Vətəndaşların təxminən üçdə ikisi, rəy sorğularına görə, baş nazir Dmitri Medvedev və hökumətini rədd edir; əksəriyyət Dövlət Duması və yerli qubernatorlar haqqında mənfi fikir söyləyir.

Moskvada, ənənəvi narazılıq mənbəyində Medvedevin rəhbərlik etdiyi hakim “Yedinaya Rossiya” Partiyasından narazılıq o qədər böyükdür ki, onun namizədləri sentyabr ayında keçiriləcək Şəhər Məclis seçkilərinə müstəqil olaraq qatılmaq məcburiyyətində qalıb.

Hakimiyyətdəki şəxslər populyar olmasa da, öz dəstək bazasını səfərbər etmək üçün mübarizə aparan rus müxalifətinin böyük uğuru yoxdur. Bunun bir neçə səbəbi var.

Birincisi, Kreml son bir neçə ildə əhalinin səfərbərliyi və azad seçki rəqabətinin qarşısını almaq üçün müxtəlif hüquqi və bürokratik maneələr yaradıb. Müxalifət namizədləri müntəzəm olaraq ya “texniki” əsaslarla və ya sadəcə müxtəlif qeyri-mümkün tələbləri yerinə yetirmədikləri üçün seçkiyə qatıla bilmirlər.

Moskva Məclisinə gələcək seçkilər də buna bariz misaldır.

Müxalif siyasətçilər seçkiyə müstəqil namizəd kimi qatılmaq məcburiyyətindədir, çünki partiyalarını qeydiyyatdan keçirmələrinə icazə verilməyib.

Əsas müxalifət lideri Aleksey Navalnı 2012-ci ildən bu yana 9 cəhd edib, ancaq hər dəfə partiyasının müraciəti rədd edilib.

Qanuna görə, müstəqil namizədlər qeydiyyatdan keçmək üçün öz rayonlarındakı seçicilərin sayının üç faizinin imzasını toplaymalıdırlar.

Lakin Navalnının strateqi Leonid Volkov iddia edib ki, bu, demək olar ki, qeyri-mümkün məsələdir. Mövcud seçiciləri “hesablama” bunu isbatlayır: bir hissə yay tətilindədir, kampaniya zamanı qapını açmayanlar var, sonra rəsmi sənədləri imzalayan şübhəli şəxslər gəlir və s. və i.a.

Həqiqətən, 3 faizə yaxınlaşmaq çətindir.

Təcrübədə bu faizi toplamaq bir neçə digər səbəblərə görə də qeyri-mümkündür. Yəni Kreml tərəfdarı olmayan bir namizəd lazımi imza sayını yalnız möcüzəvi şəkildə toplaya bilər.

Beləliklə, müxalifət namizədləri, məsələn, İlya Yakin seçicilər arasında çox populyar və ədalətli seçkilərdə qalib gəlmək şansına malik olsa da, ona imza vermiş seçicilərin çoxu səsvermədə iştirak etməyəcək.

Lakin bütün bu hüquqi və texniki maneələr müxalifətin üzləşdiyi ən böyük problem deyil. Əksinə, ən böyük problem – Rusiya əhalisinin siyasi apatiyası və siyasi dəyişikliyə qarşı ümumi nifrətdir.

1980-ci illərin sonlarından fərqli olaraq, SSRİ və Qərb ölkələrində yaşayan siyasiləşmiş əhalinin həyat səviyyəsində böyük və qabarıq fərqlə müqayisədə, bu gün Rusiyanın ən çox vətəndaşı, son zamanlardakı tənəzzüllə baxmayaraq, yaxşı iqtisadi perspektivlərə malikdir.

Ən əsası isə, Rusiya, NATO və Aİ-yə inteqrasiya və ya subsidiyalar vədi ilə, Qərb tərəfindən dəstəklənən keçmiş sovet respublikaları arasında iqtisadi cəhətdən daha yaxşı formadadır.

İqtisadi baxımdan Putin Rusiyası bütün mövcud nəsillərinə görə ən yaxşı həyat dövrü kimi yaddaşlara köçüb. Bu gün bir çoxları daha yaxşı həyat səviyyəsinə nail olmağa imkan verən, sovet dövründə icazə verilməyən iqtisadi imkanlara malikdir, xaricə səyahət edə bilir və s.

Həqiqətən, iqtisadi rifahın siyasi qiyməti var, ancaq Rusiyanın bəzi qonşuları ilə qarşı-qarşıya gətirdikdə, yumşaq avtoritarlıq totalitarizmlə müqayisə edilə bilməz.

Başqa sözlə, nə iqtisadiyyat, nə də siyasi zorakılıq kütləvi siyasətləşmə və səfərbərlik yaradır. Ancaq Rusiyada hökumət əleyhinə fəaliyyət üçün ən böyük maneə Ukraynadır.

Ukrayna nümunəsi son 5 ildə Kremlin təbliğatında dominant mövzudur. Daxili siyasi münaqişəni başqa bir ölkəyə səmərəli şəkildə köçürməklə, Putin bir daşla iki quş vurub.

Bir tərəfdən, o, Rusiyanı üsyan etdiyi təqdirdə, qarşılaşa biləcəyi şiddət səviyyəsini göstərərək, qorxuya salıb. Digər tərəfdən, Maydan İnqilabının hakim oliqarxiyanı devirə bilməyib, sosial dəyişiklik planı yerinə yetirilməyib.

Müxalifət demokratik prosesi bu çətinliklər fonunda aparır. Bu, həqiqətən, dəhşətli bir döyüş və bəzi hallarda, Sizif əzabıdır. Lakin müxalifət liderləri təslim olmur. Keçmişdə onların səyləri kiçik qələbələrlə mükafatlandırılıb. İki il bundan əvvəl müxalifət namizədləri, əksəri şəhər mərkəzlərində olan 17 bələdiyyədə qalib gəlib və bu da Kremli üsyançı ərazilərlə əhatə edib.

Sentyabr seçkilərində ən azı beş müxalifət namizədi yarışa biləcək; hamısı kifayət qədər imza toplayıb qeydiyyatdan keçməyi gözləyir.

2017-ci ildə Moskvada keçirilən yerli seçkidə müxalifət uğurunu təkrar edə biləcəklərmi? Bu, onların dözümlülüyü və Kremlin siyasi texnoloqlarından asılıdır.

9 Sentyabrda nə olursa-olsun, bir şey qətidir: Rusiyada siyasi dəyişiklik ağrılı şəkildə ləng olacaq.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar