Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Haşdi şəabi”nin ləğvi İranın İraqdakı  təsirini azaltmır

İki ölkəni birləşdirən digər bağlar var

Həmidrza Əzizi

“Əl-Monitor”, 10.07.2019

İraq baş naziri Adil Əbdülmehdinin iyulun 1-də imzaladığı sərəncam Xalq Səfərbərlik Birləşmələrinin (XSB) İraq Silahlı Qüvvələrinə tam inteqrasiyası planını təmin edib. Bu addım İraq liderləri arasında artan narahatlıqlara görədir. Məhz isə İraqın ABŞİran arasında döyüş meydanına çevrilməsi.

Prezident Bərham Saleh iyunun 26-da ölkəsinin bölgədə yeni bir qarşıdurmaya sürüklənməsini istəmədiyini söyləyib. Saleh deyib: “Biz 40 il sınaq və çətinliklə yaşadıq. Başqa bir müharibəyə qatılmaq istəmirik”.

Bu arada, ABŞ rəsmiləri İranı Bağdaddakı ABŞ səfirliyinə yaxın bir əraziyə raket və may ayında Səudiyyə Ərəbistanının neft boru xəttinə dron hücumunda ittihamlayıb.

Baş nazir Əbdülmehdinin XSB ilə bağlı qərarını bəzi media quruluşları və ekspertlər İranla müttəfiq qrupların təsirini məhdudlaşdıran addım kimi şərh edib. Bununla birlikdə, qərar Bağdadla Tehranın ümumi əlaqələrinin necə göründüyünü göstərmir.

Həqiqətən də, XSB-nin parçalanmış və pərakəndə xarakteri İranın əsas təsir amillərindən biridir. Əslində, “Hərəkətül-Hizbullah əl-Nücəba” və ya “Əsaib Əhl əl-Haqq” fraksiyalarını rəsmi çətir altında birləşdirmək Tehranın qonşu ölkələrdə maraqlarını qorumaq imkanlarını məhdudlaşdıracaq.

Bununla yanaşı, Birləşmiş Ştatlar öz səylərini iki dəfə artıraraq, bu qrupların İraq silahlı qüvvələrinə inteqrasiyasını sürətləndirmək istəyir.

Lakin Əbdülmehdinin sərəncamı XSB-ni İraq silahlı qüvvələrinin qanuni bir hissəsi kimi təsdiqləyir. İranlı mühafizəkar siyasi şərhçi Səədullah Zarei bu qərarın XSB-yə “müstəqillik” verəcəyinə inanır. İranın Bağdaddakı keçmiş səfiri Həsən Danaifərd də onunla həmfikirdir: “XSB barədə sərəncam fraksiyalar arasında koordinasiyanı artıracaq və ziddiyyətləri aradan qaldıracaq”.

Daha da önəmli budur ki, İraq ordusu illər boyu sünni komandirləri tərəfindən idarə olunduqdan sonra XSB-nin inteqrasiyası silahlı qüvvələrin daxili tarazlığını şiələrin lehinə dəyişdirəcək, bu da İranın təsirini artıracaq.

Tehranın Tərbiyət Müdərris Universitetində Yaxın Şərq analitiki olan Mustafa Nəcəfi XSB-nin inteqrasiyasının İraq ordusuna daha çox dini yönüm gətirəcəyinə inanır. Nəcəfi “əl-Monitor”a bildirib ki, “Bu, İraq ordusunu panərəblikdən uzaqlaşdıracaq”.

Bundan başqa, Tehran-Bağdad münasibətləri İranın İraqdakı təsirinin azalan bir xətdə olmadığını sübut edir.

Əbdülmehdinin qərarı elan olunduqda, İranın Bağdaddakı hərbi attaşesi general Mustafa Muradian yeni təyin olunmuş İraq müdafiə naziri Nacə Həsən Əli əl-Şəmmari ilə görüşüb. Görüşdə iraqlı nazir İranın İraqdakı terrorla mübarizədə rolunu qiymətləndirərkən, iki ölkə arasındakı hərbi əməkdaşlığı davam etdirməyə çağırıb.

İyun ayında İnqilab Keşikçiləri Korpusu tərəfindən Amerika PUA-nın vurulmasından qısa müddət sonra İraq ordusunun komandir müavini Tariq Abbas İbrahim Əbdülhüseyn hava müdafiəsi sahəsində İranla əməkdaşlığı genişləndirməni dəstəkləyib.

İki ölkə arasındakı əlaqələrin iqtisadi cəhətində də yeniliklər var. İyulun 2-də İraq xüsusi maliyyə mexanizminin açılacağını bildirib. Bu hərəkət Trampın Tehrana qarşı “maksimum təzyiq” siyasətinə zidd görünür.

İyulun 1-də Tehranda İran, İraqSuriyanın nəqliyyat nazirləri üç dövləti birləşdirəcək dəmir yolu xəttinin açılacağını elan ediblər. Bu, İrana Aralıq dənizinə çıxış imkanı verəcək.

Bütün bunlar İranın İraqdakı təsirinin azalamadığını göstərir.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar