Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Neftçi” Avropa Liqasına darmadağınla başlayıb

“Neftçi” UEFA Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununu keçirib

“Report”un Kişineuya ezam olunmuş əməkdaşının məlumatına görə, komanda Moldovada “Sperantsa” ilə üz-üzə gəlib. Paytaxtdakı “Zimbru” stadionunda keçirilən qarşılaşma flaqmanın inamlı qələbəsi ilə bitib. Roberto Bordinin baş məşqçilik etdiyi kollektiv rəqibini 3:0 hesabı ilə darmadağın edib.

“Neftçi” artıq 16-cı dəqiqədə hesabı açıb. Rəqibin cərimə meydançasında Rauf Əliyevə qarşı kodubluğu penaltiyə səbəb olub. Topa yaxınlaşan Emin Mahmudov hədəfdən yayınmayıb. Flaqman 29-cu dəqiqədə ikici topu vurmağa yaxın olub. Dario Frederikonun uzaq məsafədən zərbəsi dirəkdən qayıdıb. İkinci qol isə 35-ci dəqiqəyə təsadüf edib. Komandanın yeni transferi Stiven Monroz Moldova təmsilçisini yenidən mərkəzə dəvət edib. Birinci hissənin sonlarında “Sperantsa” təhlükəli epizodla diqqət mərkəzinə düşüb. Lakin qapıçı Səlahət Ağayev rəqib oyunçu ilə təkbətək dueldən qalib ayrılıb. Birinci hissə elə bu hesabla da yekunlaşıb.

Birinci yarıda olduğu kimi ikinci hissə də “Neftçi”nin üstünlüyü ilə başlayıb. 58-ci dəqiqədə Səlahət Ağayev növbəti dəfə inamlı oynayaraq qola əngəl olub. 66-cı dəqiqədə Emin Mahmudovun uzaqdan zərbəsi qapının yanından keçib. 70-ci dəqiqədə Vangelis Platellasın əvəzinə meydana Rəhman Hacıyev daxil Yarımmüdafiəçi 76-cı dəqiqədə baxımlı qolla fərqi daha da artırıb. Onun bu qolu yerli media nümayəndələri tərəfindən də alqışlanıb. Görüşün 80-ci dəqiqəsinəndə Dario Frederiko yerini Namik Ələskərova verib. 86-cı dəqiqədə isə Stiven Monrozun yerinə İsmayıl Zülfüqarlı meydana daxil olub.

Rəqibin son dəqiqələrdəki cəhdləri də bir nəticə verməyib.

Qeyd edək ki, komandalar arasındakı cavab oyunu bir həftə sonra Bakıda keçiriləcək.

pia.az

 


Etiket: Neftçi

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar