Cümə, 23 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Putin Zelenski ilə də anlaşıb? – Ukrayna prezidenti onu hakimiyyətə gətirənlərin iradəsiylə hərəkət edəcək

Andrey Piontkovski

“Obozrevatel”, Ukrayna, 11 iyul 2019-cu il

Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, 2014-cü ildə onunla ABŞ Prezidenti Barak Obama arasında Ukrayna ilə bağlı hansısa razılaşma olu, lakin o, bu razılaşmanı yerinə yetirməyib.

Vladimir Putinin rejissor Stouna dediyi nə varsa, onun son zamanlarda söylədiyi hər bir şey kimi, şüurun sayıqlama axınıdır. Yeri gəlmişkən, Putinin durumu kəskinləşib. Külək mühərriklərindən sürünüb gələn qurdlar haqqında mesajları artıb. O, gah qurdların toparlanmasından, gah Gürcüstanı udan Abxaz Respublikasından danışır. Nə isə, onun psixi durumu ağırlaşıb.

İndi isə RF liderinin Obama ilə hansısa razılaşmasının olması haqqında dedikləri barədə.

Birincisi, telefonla heç bir gizli razılaşma əldə edilmir və əgər insanlar telefon danışığında nə haqqındasa söhbət edirlərsə, həmişə tərəflərin hər biri danışılanları öz bildiyi kimi başa düşür.

İkincisi, heç Putinin Obama ilə hər hansı bir razılaşma əldə etməyə ehtiyacı da yox idi. Çünki Obamanın Ukrayna siyasəti, onun prezidentliyinin ilk günündən son gününə kimi, Putini həmişə qane edib.

Obama öncədən Krımın işğalına qarşı olub, çünki Putin bu planını heç kimlə bölüşməyib. Artıq ilhaqdan sonra o zamankı ABŞ Prezidentinin, azad dünya liderlərinin və NATO Baş katibinin sinxron bəyanatları ortaya çıxıb ki, bəli, onlar ilhaqı pisləyirlər, lakin Qərbin hərbi cavabı olmayacaq, çünki Ukrayna NATO-nun üzvü deyil. Burada Putini nə qane etməyə bilərdi ki?

Obama sonadək var qüvvəsilə Ukraynaya silah verilməsinə qarşı müqavimət göstərib. Paradoksal olsa da, Trampın seçilməsilə hamımızın bəxti gətirib. Bəli, Tramp Putinin Obamadan daha böyük heyranıdır və ona xidmət etmək üçün əlindən gələni edir. Lakin onun seçilməsi demokratlar və bütün ABŞ siyasi iyerarxiyası arasında elə böyük narazılıq yaratdı ki, onlar Trampa qarşı mübarizəyə başladılar. Onun ən həssas yeri də putinofiliyası idi. Buna görə də demokratlar var qüvvələrilə Putinin üzərinə düşdülər. Və nəticədə Tramp dövründə ABŞ-ın Ukrayna siyasəti daha əlverişli oldu.

Bu siyasəti Tramp deyil, Ukraynanın böyük dostu Kurt Volker aparır.

Obama haqqında son demək istədiyim onun prezidentliyinin axırıncı ilində “Atlantik” jurnalına verdiyi məşhur müsahibəsi haqqındadır. Onda o, təxminən belə demişdi: “Nə etmək olar? Ruslar Ukraynanı zorlamağı bizim onu müdafiə etməyimizdən daha çox istəyirlər. Və buna qarşı heç bir şey edilə bilməz”.

Bəli, fəlsəfə belə idi.

Obamanın Ukrayna siyasəti Putini tam qane edirdi və telefonda onunla hər hansı bir gizli razılaşma əldə etməyə ehtiyac yox idi. Trampla isə o, son vaxtlaradək bunu etməyə cəhd göstərib və hər iki tərəf buna yaxın olub. Bu razılaşma ABŞ Dövlət katibi Pompeonun Moskvaya son səfəri zamanı ciddi müzakirə edilib. Rusiya prezidentinin köməkçisi Uşakov o zaman onların görüşdən sonra xudahafizləşdiyi kadrlarda gözlənilmədən bunu ağzından qaçırtmışdı. O demişdi ki, amerikanlar bizdən onların Venesuela, Suriya və İranda olan bir sıra problemlərinin həllinə yardım etməyimizi xahiş edbilər. Lakin biz hələ anlamadıq, bunun əvəzində nə alacağıq.

Aydındır ki, onlar Ukrayna ilə bağlı hansısa dəstək almaq istəyiblər və ola bilsin, bu məsələni Osakada keçirilən G20 sammitində həll edə bilərdilər.

Lakin son hadisələr göstərir ki, bu, artıq Putin üçün maraqlı deyil. Bu anlaşmaya görə Trampa nə isə ödəmək lazım gələcəkdi. Əgər Ukrayna ilə bağlı nə istəyirsə ala biləcəksə, bunu nə üçün etsin? Onun işləri tədricən Trampsız da alınır. Bu, həm Ukrayna seçkilərinin nəticələridir, həm də Prezident Zelenskinin və onun yaxın ətrafının Minsk razılaşmaları haqqındakı ritorikalarıdır.

Ümumiyyətlə, belə təəssürat yaranır ki, Ali Radaya seçkilərdən sonra tam formalaşacaq Ukrayna hakimiyyəti bu razılaşmaların Putin təfsirini reallaşdırmağa hazır olacaq.

Zelenski bütün seçki kampaniyası boyu özünü hansısa bir müharibə partiyasına qarşı mövqe tutan sülh partiyasının lideri kimi aparıb. Bu kampaniya ərzində, – indi də bunu Medvedçukun və ruhən ona yaxın olan oliqarxların KİV-ləri aparır, – ukraynalıların şüuruna iki tezis yeridilirdi: birincisi, bu müharibədə Ukrayna da günahkardır, ikincisi, ən başlıcası, bu, yalnız Rusiyanın təcavüzü deyil, həm də vətəndaş münaqişəsidir.

Qurtardı, getdi, Putinə ukraynalıların şüuruna bu iki informasiya ideyasını yeritməkdən başqa heç nə lazım da deyil. Ardınca o, Ukrayna siyasi meydanına sürməklə, heç nəyi dəyişmədən Luqandoniya (Luqansk və Donetsk vilayətlərinin işğal altında olan əraziləri – tərc.) ilə bağlı öz planının reallaşdırılmasına başlayacaq. Putin, Obama və ya Trampla razılaşmaya getməklə nə əldə edə bilərdisə, onu Medvedçuk və Kolomoyski ilə və əhəmiyyətli dərəcədə müstəqil fiqur olmayan Zelenski ilə sövdələşmə nəticəsində əldə edir.

Məncə, Zelenski onu hakimiyyətə gətirən insanların iradəsini yerinə yetirəcək.

Tərcümə: Strateq.az

pia.az


Şərh yazın.

loading...