Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Əks-kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Ədalət Əsədullayev barəsindəki cinayət işi üzrə məhkəmə başlayıb
Bakı Hərbi Məhkəməsində məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı iyulun 24-ə təyin edilib.
Qeyd edək ki, Ə.Əsədullayev MTN ləğv olunandan sonra sərəncama götürülüb. General ötən il həbs edilib və ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham verilib. Səbail rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Onu da əlavə edək ki, bundan əvvəl Ə.Əsədullayevin adı "MTN işin”də şahid qismində keçib. (Bakupost.az)
pia.az