Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hindistan “Taliban”ın qayıdışından narahatdır

Əfqanıstana 2 milyard dollar sərmayə qoymuş rəsmi Dehlinin qorxuları

Şaşi Tarur

“Project Syndicate”, 15.07.2019

İngiltərədə keçirilən kriket üzrə son Dünya çempionatında əsasən keçmiş qaçqınlardan ibarət olan cəsarətli Əfqanıstan komandası öz qonşularına, o cümlədən Hindistan və Pakistana qarşı oyunlarda təəccüblü əla oyun sərgiləyib. Təəssüf ki, bu ayın əvvəlində Qətərin Doha şəhərində bir araya gələn iki başqa Əfqanıstan komandası – “Taliban” və hökumət haqqında da eyni şey söyləmək qeyri-mümkündür.

Doha danışıqlarına qatılan Əfqanıstanın hökumət rəsmiləri hətta özlərinin yeganə qanuni nümayəndə olduğunu iddia edə bilməyib, çünki onların həmsöhbətləri – fanatik qrup Əfqanıstan hökumətini tanımır.

İki gün davam edən danışıqlardan sonra iştirakçılar birgə qətnamədə səkkiz bənddə razılaşıb. ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad isə tvit atıb: “…danışıqlar çox müsbət nəticələnib”.

Hindistanın müşahidəçiləri – ABŞ-dan sonra ikinci böyük donor – şübhələrini saxlayır. Bir tərəfdən, hər iki tərəf Dohada “mülki itkiləri sıfıra endirmək” üçün razılığa gəlib. Amma görüşdükləri zaman Əfqanıstan torpağı “Taliban”ın amansız hücumları ilə qana batırdı və Fitr bayramında belə atəşkəsi rədd edirdi.

O vaxtdan zorakılığa son qoyulmayıb: “Taliban” hücumları nəticəsində onlarla adam ölüb, yüzlərlə adam yaralanıb. İyulun 1-də “Taliban” döyüşçüləri Kabildəki hökumət binasına hücum edərək 40 nəfəri qətlə yetirib. 6 gün sonra “Taliban” Qəznə əyalətindəki milli kəşfiyyat kompleksində intihar hücumu həyata keçirib. Ən azı 12 nəfər ölüb, 180 nəfər isə yaralanıb.

Hər iki hücum zamanı bir çox ətraf binalar, o cümlədən məktəblər ziyan görüb. “New York Times” qəzetinin həftəlik hesabatına əsasən, Əfqanıstanda 28 İyun-4 İyul tarixləri arasında ölüm halları 2019-cu ildə ən yüksək səviyyəyə çatıb: 264 dövlət məmuru və 58 mülki şəxs.

Münaqişə sona çatma əlamətlərini göstərmir. Uinston Churchill deyirdi ki, “çənə döymək müharibəsindən daha yaxşıdır”. Lakin “Taliban” mübarizə apara-para söhbət etmək sənətini yaxşı əxz edib. Onlar 1996-cı ildən 2001-ci ilədək Əfqanıstanda hökmranlıq və qəddarlıq edən İslam Əmrliyini bərpa etmək arzusunu heç vaxt gizlətmirlər.

Vəhşi rejimə uğurlu hücumdan sonra ABŞ 1979-cu ildən 1989-cu ilə qədər rusların Əfqanıstanın fəlakətli işğalı zamanı həll etməyə çalışdıqları problemləri miras götürüb. Sovet İttifaqının gedişindən sonra Əfqanıstan vətəndaş müharibəsi və qardaş qırğını girdabına düşüb. Sonda hadisələr “Taliban”ın iqtidarı ələ keçirməsi və sərt İslam teokratiyasının qurulması ilə sonuclanıb.

11 sentyabrdan bir ay sonra ABŞ-ın rəhbərlik etdiyi NATO missiyası “Azadlıq Əməliyyatı” ilə “Taliban” hökumətini devirib. Əfqanıstanda davamlı Amerika mövcudluğu olmadan azadlığın dayanıqlığı ümid vardı. Amma pakistanlı patronlarının əhəmiyyətli köməyi ilə, “Taliban” təkrar qruplaşıb və ölkəni işğalçılardan geri almaq üçün yeni kampaniyaya başlayıb.

18 il sonra ABŞ liderliyi ilə beynəlxalq koalisiya 3500-dən çox itki verib. “Taliban” hücumları altında geri çəkilmək məğlubiyyətin qəbul edilməsi olardı.

Sələfi Barak Obama kimi, ABŞ prezidenti Donald Tramp Amerika qoşunlarını ölkədən çıxarmaq vədi verib. Ancaq Obamadan fərqli olaraq, Tramp indi itkinləri azaltmağı qərara alır və “Taliban”la sülh danışıqlarını dəstəkləyib. Bunun əsas məqsədi, əlbəttə, son nəticədə ABŞ qüvvələrinin Əfqanıstandan çıxarılmasıdır.

Hindistanda bu prosesi başlanğıcdan narahatlıqla izləyib. “Taliban”ın İslam Əmirliyi 1999-cu ildə Qındəharda “Air India” təyyarəsinin qaçırılması ilə yadda qalıb və Dehli hökuməti üç pakistanlı terrorçunun azad edilməsinə dair tələbi yerinə yetirməklə, nüfuzunu zədələyib. Hindistanın istədiyi son şey qonşuluqda “islamçı” “Taliban” rejiminin iqtidar qaytarılmasıdır.

Rəsmi Dehlinin narahatlığını anlaya bilərik. Beynəlxalq koalisiya qüvvələri tərəfindən yaradılmış təhlükəsizliklə, Hindistan Əfqanıstana 2 milyard dollardan çox sərmayə qoyub: qadınlar və uşaqlar üçün ölkənin ən böyük xəstəxanası, məktəblərin təmiri, Əfqanıstan-Hindistan Dostluq Bəndi, ölkənin cənub-qərbindəki Delaram-Zərənc magistralı, Kabildə fasiləsiz elektrik enerjisini təmin etmə və hətta yeni parlament binası.

Lakin Hindistanda heç kim beynəlxalq iştirakı olmadan əfqanların öz təhlükəsizliyini idarə etməyə hazır olduğuna inanmır. 2001-ci ildən etibarən “Taliban” hücumları nəticəsində 1,4-2 milyon insan öldürülüb. ABŞ-ın bu qrupla təması və hətta Əfqanıstan hökumətini buna məcbur etmə “Taliban”ın tərki-silah olacağına etibarlı güvən vermir.

Hindistanın məqsədi Əfqanıstanın demokratiyasını sabitləşdirmək və vətəndaş cəmiyyətini gücləndirmək olub ki, əfqanlar öz taleyini idarə edə bilsinlər. Buna görə də, kriket ölkəsi Hindistan, Əfqanıstan milli komandasını evlə təmin edib və oyunçuların Dünya çempionatında üstünlüyünü heyranlıqla izləyib.

Taliban” dövründə kriket oyunu qadağan edilmişdi.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar