Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur iş adamı cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məşhur iş adamı, “Sədərək” Ticrarət Mərkəzinin sahibi Yusif Qədimbəylini Xəzər dənizinin sahilboyu zolağının altında olan torpaq sahələrini qanunsuz hasarladığına görə cərimələyib

PİA.AZ “Report”a istinadla xəbər verir ki, o, İnzibati Xətalar Məcəlləsinin 248.2-ci maddəsini pozmaqda təqsirli bilinib.

Bu maddə Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrini müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması ilə bağlı məsuliyyəti nəzərdə tutur.

Y.Qədimbəyli bu əməli inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsində təqsirli bilinib. Bu əmələ görə, fiziki şəxslər beş min manat məbləğində, vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğində cərimə edilir.

Nəsimi Rayon Məhkəməsinin qərarından verilən apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, Yusif Qədimbəyli “Sədərək” Ticrarət Mərkəzinin və Qubada yerləşən Qafqaz TV (əvvəllər “Xəyal” adlanıb) regional telekanalının sahibidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar