Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xamneyi:"İran Britaniyanın piratlığını cavabsız qoymayacaq"

İranın Ali Dini Lideri Ayətullah Əli Xamneyi ölkəsinə məxsus neft tankerini saxlayan Böyük Britaniyanı piratlıqla ittiham edib və İranın bunu cavabsız qoymayacağını deyib

Bu barədə Ali Liderin ofisindən edilən şərhdə deyilir. “Britaniya piratlıqla məşğul olur və gəmimizi oğurlayır. Əvvəlcə cinayət törədirlər, daha sonra qanuni don geydirilər. İran və bu rejimə inananlar bunu cavabsız qoymayacaqlar. Yer və vaxtı gəldikdə müvafiq cavabı verəcəklər”, – deyə məlumatda deyilir.

Xatırladaq ki, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bununla bağlı “Twitter” səhifəsində belə yazmışdı: “İranAvropa İttifaqına (Aİ) üzvdür, nə də Avropanın neft sanksiyasına tabedir. Bildiyimə görə, Avropa İttifaqı transsərhəd məhkəmə hakimiyyətinin tətbiqinə qarşıdır. Britaniyanın “B komandası” adına İranın neft yüklü tankerini qanunsuz saxlaması piratlıqdır. Bu təhlükəli bir presedentdir və dərhal ləğv edilməlidir”.

Qeyd edək ki, İranlı nazir ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu, İsrailin Baş Naziri Binyamin Netanyahunu, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Səudu və Əbu-Dabinin Vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı “B komandası” adlandırır.

Cəbəllütariq muxtar hökumətində saxlanılan və Suriyaya neft nəqlində şübhəli bilinən tanker İran xam neftini daşıyırmış. Bununla bağlı Böyük Britaniyanın İrandakı səfiri Rob Macaire İran Xarici İşlər Nazirliyinə çağırılıb. Cəbəllütariq muxtar hökumətinin başçısı Fabian Picardo hökumət qüvvələrinin neftin Suriyaya çatdıracağından şübhələndikləri tankeri saxladığını və yükün nəzarətə götürüldüyünü deyib. “Grace 1” tankeri Avropa İttifaqının Suriyaya tətbiq etdiyi sanksiyaları pozduğuna görə Böyük Britaniya dəniz qüvvələrinin iştirakı ilə saxlanılıb.

İspaniyanın Xarici İşlər naziri Josep Borrell əməliyyatın ABŞ-ın Britaniyadan istəyi əsasında həyata keçirildiyini deyib.

İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Musəvi isə “Twitter” səhifəsində yazıb ki, tanker Britaniya dəniz qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılıb.

İranın mühafizəkar qrupları tankerin saxlanmasına cavab olaraq rəsmi Londonu Britaniya gəmilərinə qarşı adekvat addımın atılacağı ilə bağlı hədələyib.

Rusiya Xarici İşlər Nazirliyi də İran neftini daşıyan tankerin Britaniyaya məxsus Cəbəllütariq muxtar hökumətində saxlanılmasını pisləyib.

Aİ 2011-ci ilin sonunda Suriyaya qarşı sanksiya qərarı qəbul edib və neft embarqosu daxil olmaqla sanksiyaların müddəti 2020-ci il iyunun 1-dək uzadılıb(azərtac).

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar