Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AMEA “əməkhaqqı” sözünün yeni lüğətdən çıxarılmamasına qərar verib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının iclasında yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən “əməkhaqqı” sözünün çıxarılması müzakirə edilib

Bu barədə “Report”a İnstitutun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Onun sözlərinə görə, Şuranın iclasında “əməkhaqqı” sözünün yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə saxlanılması qərara alınıb: “Elmi Şuranın iclasında mütəxəssislərlə birlikdə “əməkhaqqı” sözü ilə bağlı müzakirələr aparıldı. Bu sözün dilimizdə artıq daşlaşması diqqətə çatdırıldı. Ümumiyyətlə, biz dilimizdə daşlaşan sözlərə toxunmayacağıq. Çünki bu söz hamı tərəfindən qəbul edilib. Cəmiyyətdə çaşqınlıqların yaranmaması üçün “əməkhaqqı” sözünün yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılmaması qərarı verildi”.

Qeyd edək ki, M.Nağısoylu bir müddət əvvəl “əməkhaqqı” sözünün yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılmasının gündəmdə olduğunu deyib. Akademik “əməkhaqqı” sözünün əvvəlki lüğətlərdə (1960 və 1975-ci illərdə nəşr olunan “Azərbaycan dilinin orfoqrafiya lüğəti”) olmadığını bildirib. O, bu sözün mürəkkəb söz və ikinci növ təyini söz birləşməsi olduğunu vurğulayıb.

Xatırladaq ki, yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə əvvəlki orfoqrafiya lüğətində olmayan 4000 yeni söz daxil edilib, əvvəlki lüğətdə olan, təxminən, 1000-dək söz isə yeni lüğətə salınmayıb.

Azərbaycan dilinin orfoqrafiya lüğəti”, təqribən, 5 ildən bir hazırlanır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar