Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2020-ci ildə təyyarədaşıyan türk gəmisi Şərqi Aralıq dənizinə çıxacaq

Bülent Erandaç

“Takvim”, Türkiyə, 17 iyul 2019-cu il

Prezident Ərdoğan deyib: “Suriya, İraq, Şərqi Aralıq və Egey dənizlərilə bağlı qarşı tərəfi (xristian-sionistləri) haqlı hesab edənlərin zehinləri bulandırılmışdır”. Nöqtə.

Bəli, Suriya, Yəmən, Sudan, Qəzza, Liviya və Kiprdə həyata keçirilən hər bir “dərin layihə” – oyun Aralıq dənizində əks olunmaqdadır. Bu həqiqət işığında, Türkiyənin Qətər, Cibuti, Sudan (Sevakin adası) və Somalidə qurduğu dəniz bazaları çox anlamlı nəticələr verməkdədir.

130 il öncəsinə gedək. İngilislər Misir (Süveyş) və Kiprə nə üçün çökmüşdülər? Oyunlar quraraq strateji həmlələr edir, dəniz keçidlərinə nəzarət edərək müstəmləkəçilikdə sərhəd tanımırdılar. 1878-ci ildə Kiprə çökdükdən uzun illər sonra, 1959-cu ildə rum kəsimindəki Aqratur və Dikelya bazalarını möhkəmləndirdilər.

Bu qədər zaman ötməsinə rəğmən, Kiprdəki ingilis bazaları yenə də xüsusi əhəmiyyət daşıyırlar, çünki strateji mövqedədirlər.

Artıq 2019-cu ildir. Bu gün ingilislər, amerikalılar və avropalılar öz donanmaları ilə Kiprdə, Şərqi Aralıq dənizində at oynadırlar. 100 il öncə məqsəd dəniz nəqliyyatına nəzarət etmək idi, bu gün əlavə olaraq Şərqi Aralıq dənizinin qaz-neft hövzələri də var.

Şərqi Aralıq dənizində qurulan İsrail-Ellin ittifaqı (İsrail, Yunanıstan və Kiprin rum kəsimi), öz ağıllarınca, təbii qaz və neft kəşfiyyatı ilə bağlı Türkiyənin fəaliyyətini məhdudlaşdıracağını düşünür. Onlar ABŞ, İngiltərə, Fransa və Almaniyaya xidmətçilik, piyadalıq edərək məqsədlərinə çatacaqlarını düşünürlər.

Prezident Ərdoğan bu “dərin oyun”u çox yaxşı oxumaqda, dəniz strategiyamızı – “Mavi vətən” strategiyasını təftiş etməkdədir.

Türkiyə, Prezident Ərdoğanın liderliyilə xaçlıların planlarını, İraq-Suriya-Aralıq dənizi xəttində qurmaq istədikləri ABŞ-İsrail dəhlizini əski parçasına çevirdi. O, Şərqi Aralıq dənizinə hakim olacağı düşünülən İsrail-Ellin ittifaqı xəyalına qarşı qərarlılıqla sədd çəkir.

Bu iki geopolitik hadisənin inkişafının Türkiyə üçün həyati məsələ olduğu qarşıdakı illərdə daha yaxşı anlaşılacaqdır. Kipr adası ətrafında qlobal oyun oynanılarkən, 1974-cü ildə adaya çıxan türk ordusunun hadisələrin sonrakı, eyni zamanda bugünkü inkişafına necə müdaxilə etmə şansı əldə etmiş olduğunu da bu gün – 45 ildən sonra daha yaxşı anlayırıq.

Prezident Ərdoğan Şərqi Aralıq dənizində gedən mübarizənin sadəcə qaz üçün olmadığını, məsələnin daha böyük olduğunu çox yaxşı bilir. İngiltərənin Kiprdəki Aqratur və Dikelya, Fransanın Evanqelos Florakis dəniz bazaları sadəcə qaz üçün deyildir. ABŞAvropanın Şərqi Aralıq dənizində hərbi varlıqlarını artırmalarının, yeni siyasi-hərbi ittifaq qurmağa çalışmalarının məqsədi Çinin “Bir kəmər, bir yol” layihəsini, dəniz ticarətini nəzarətə almaq, “Dəniz ipək yolu”nun Türkiyə üzərindən Avropaya getməsinin qarşısını almaqdır.

Prezident Ərdoğan bu “dərin oyun”u çox yaxşı anlayaraq, bir tərəfdən Qırmızı dənizdə və Aralıq dənizində Türkiyənin fəaliyyətini məhdudlaşdırmağa yönəlik oyunları pozmaqda, digər tərəfdən də Şərqi Aralıq dənizindəki sərhədlərimizə Liviya-Girit xəttinədək dərinlik qazandırmaqdadır. “Barbaros Xeyrəddin Paşa”, “Fateh” və “Yavuz” gəmilərinin kəşfiyyat fəaliyyətlərini davam etdirmələrinə bu kontekstdə baxılmalıdır.

2020-ci ildə isə təyyarədaşıyan türk gəmisi Şərqi Aralıq dənizinə çıxacaq. Prezident Ərdoğan Kiprdə dəniz bazası qurulacağına da işarə edib. Kiprdə qurulacaq dəniz bazası sadəcə bu gün deyil, gələcək 10 illiklərdə də həyati önəm daşıyacaqdır.

Eramızdan əvvəl 500-cü illərdə Çində yaşamış müdrik filosof və hərbçi marşal Sun Tzunun, bu döyüş sənəti ustasının əsrlərə hakim olan bir sözü var: “Düşmənini tanı, əgər düşməni yaxşı tanıyırsınızsa, onunla yüzlərlə dəfə döyüşə girsəniz belə, nəticədən əmin ola bilərsiniz”.

Bəli, Prezident Ərdoğan düşməni yaxşı tanıyır. Bu səbəblə, Türkiyənin İraq-Suriya-Liviya və Qırmızı dəniz-Aralıq dənizi qalxanlarını qərarlılıqla möhkəmləndirir.(Tərcümə Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Ən çox oxunanalar