Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yəhudilər terror aktında sağ qalmış müsəlmanlara yardım ediblər

Yeni Zelandiyanın Kraystçörç şəhərində dörd ay əvvəl iki məsciddə törədilmiş terror aktlarında 51 müsəlman həyatını itirmişdi

Dinlərarası həmrəylik nümayiş etdirən dünyadakı yəhudi icmaları bu vəhşi insidentin qurbanlarının ailələrinə və sağ qalanlara yardım üçün aksiya keçiriblər.

Azərtac Avstraliyanın SBS telekanalının saytına istinadla xəbər verir ki, ABŞ, Kanada, Sidney və Yeni Zelandiyanın yəhudi icmaları aksiya çərçivəsində toplanan 1 milyon dolları Kraystçörç Şəhər Şurasına təhvil veriblər. Yəhudi icmalarının bəyanatında bildirilir ki, Pittsburq şəhərindəki sinaqoqa, Kvebek şəhərindəki məscidə, Çarlstoundakı kilsəyə və Kraystçörçdə məscidlərə edilən silahlı hücumlar bütün insanlığa qarşı törədilmiş ağır cinayət əməlləridir.

Yəhudi və müsəlman liderlər birlikdə Kraystçörç sinaqoqunda və terror aktı törədilmiş məscidlərdə olublar. Şəhər Şurasının nümayəndəsi Pol Devoll yəhudi icmalarının yardımını nəcib addım adlandırıb. Onun sözlərinə görə, müxtəlif dinlərin təmsilçiləri arasında bu cür həmrəylik nümunələri insanların bir-birinə yaxınlaşmasına kömək edir.

Yeni Zelandiya müsəlmanlarının rəhbəri Şeyx İbrar vurğulayıb ki, yəhudi icmalarının dəstəyi çox güclü mənəvi addımdır. O əlavə edib: “Yəhudi qardaş və bacılarımızın bu faciəni bizimlə birgə yaşaması, onların göstərdikləri dəstək müsəlmanlar üçün çox mühümdür”.Yəhudi və müsəlman liderlər birlikdə Kraystçörç sinaqoqunda və terror aktı törədilmiş məscidlərdə olublar. Şəhər Şurasının nümayəndəsi Pol Devoll yəhudi icmalarının yardımını nəcib addım adlandırıb. Onun sözlərinə görə, müxtəlif dinlərin təmsilçiləri arasında bu cür həmrəylik nümunələri insanların bir-birinə yaxınlaşmasına kömək edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar