Cümə, 07 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Keşikçidağla bağlı bəyanat yayıldı

“Azərbaycan və Gürcüstan xalqları arasında əsrlərboyu tarixi dostluq və qardaşlıq münasibətləri mövcud olub. Əsrlərin sınağından çıxmış qardaşlığımız son günlər baş verən təxribat səbəbindən daha bir imtahandan keçir”

Bu fikirlər Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) Gürcüstandakı səlahiyyətli nümayəndəsi Hacı Əli Əliyevin Keşikçidağ məbəd-kompleksi ətrafında yaranmış vəziyyətlə bağlı bəyanatında yer alıb.

Bəyanatda deyilir: "Mən Gürcüstan vətəndaşı və Gürcüstan azərbaycanlısı olaraq əminliklə deyə bilərəm ki, gürcü və Azərbaycan xalqları, dindarları arasında heç bir nifaq, milli və ya dini qarşıdurma halı yoxdur, ola da bilməz. Bunun üçün əsas yoxdur və xalqlarımız, dövlət, hökumət rəsmilərimiz arasında olan strateji münasibətlər, dini liderlərimizin müdrikliyi, onların dünyaya örnək qardaşlıq əlaqələri buna imkan vermir”.

Vurğulanır kı, Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstan dövlətinin diqqət və qayğısını hər zaman hiss edirlər. “QMİ-nin səlahiyyətli nümayəndəsi olaraq Ümumgürcüstan Katolikos-Patriarxı II İlya həzrətləri ilə tez-tez görüşürəm, onun xalqımıza olan xoş münasibətinin şəxsən şahidiyəm. Azərbaycanda yaşayan gürcü xalqının nümayəndələri üçün də hər cür şərait yaradılıb.

Belə bir qarşılıqlı ehtiram və etimad mühiti, görünür, bədxahlarımızın işinə yaramır. Təxribatlara əl atmaqla iki xalqın arasına nifaq toxumu səpmək, qarşıdurma yaratmaq ümidindədirlər. Xəyanətkarlığın ardında duran qüvvələrin ən böyük məqsədi bu qarşıdurmanı təkcə milli deyil, dini müstəviyə daşımaqdır. Bu mənfur, bədxah niyyəti Qafqazda gerçəkləşdirmək cəhdləri məlum qüvvələrin zəhərli təfəkküründə hər zaman mövcud olub. Xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlanan zamanlarda bu məsələ erməni ekstremistləri tərəfindən xüsusi canfəşanlıqla, məqsədyönlü şəkildə xristian-müsəlman qarşıdurması kimi qabardılırdı.

Biz ümidvarıq ki, Keşikçidağ məbədi ətrafında yaradılmış süni problem aidiyyəti qurumlar tərəfindən tezliklə həllini tapacaqdır, inşallah. Bu istiqamətdə işlər gedir və öz hüquqi həllini tapacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Prezidentdən AZAL-a tənqid: “Bəs, bunun gəliri haradadır?”

Hərbi qulluqçuların pensiyası ilə bağlı qanun layihəsi hazırlanır

"Bu şəhərdə" Ramin Bayramlını parodiya etdi - Video

Azərbaycanda Məhərrəm ayı bu tarixdə başlayır

Yasamaldakı park ərazisini kim satıb? – Kərəm Həsənov, yoxsa Kinoklub?...

“Bəsdirin millətin əsərlərini korladınız...” - Milli Məclisdə gərgin müzakirələr

“Ramal Trans”ı Səfər Mehdiyevə nə bağlayır? - Komitədən cavab

Məhkəmə Gülər Əhmədovanın oğlu haqqında qərar verdi

“Bəzi qadınlar qudurğanlıqdan pis yola düşürlər” – Rasim Balayev

Azərbaycan müxalifəti fövqəladə toplantı keçirir - Fotolar

Əsgərimiz erməni öldürsün, biz də içimizdəki pula hərisliyi…

loading...

Ən çox oxunanalar