Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Yukiya Amano vəfat edib
BAEA-nın mətbuat xidməti məlumatı təsdiqləyib.
72 yaşlı yapon diplomat BEAE-yə 2009-cu ilin dekabr ayından rəhbərlik edirdi. O, 2017-ci ilin sentyabrında üçüncü dördillik müddətə təsdiqlənərək 30 noyabr 2021-ci il tarixinədək BEAE baş direktoru vəzifəsini icra edirdi.
Baş direktorun 2020-ci ilin mart ayında, yəni vaxtından əvvəl istefa vermək niyyətində olduğu bildirilirdi.
pia.az