Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ «YENİ KEMP-DEVİD» hazırlayır? – Yəhudilərin növbəti məkri…

Prezident Donald Trampın Yaxın Şərq üzrə müşaviri və kürəkəni Cared Kuşner bölgəyə səfəri zamanı ərəb liderlərini Kemp-Deviddə keçiriləcəyi planlaşdırılan «sülh konfransı»na dəvət edəcək

O, Fələstin administrasiyasına 50 milyard dollarlıq iqtisadi dəstək planını irəli aparmaq məqsədilə Yaxın Şərqə qayıdır. Məlumdur ki, siyasi tələbləri qulaqardına vurulduğu üçün Ramalla bu plandan imtina edib.

Kuşnerin səfərinə ərəb liderlərin dəvəti və Yaxın Şərq bölgəsindən geri dönərkən, Kemp-Deviddə ona qoşulmaları da daxildir ki, burada prezident Donald Tramp özünün gözlənilən sülh planını açıqlayacaq. Fələstin və ərəb liderləri artıq bu planı rədd ediblər. Konfrans sentyabrın 17-ə qədər, yəni İsraildə seçkilər keçirilənə qədər baş tutmalıdır. Bu barədə Vaşinqtondakı mənbələrə istiqadla, «Ynet» nəşri xəbər verib.

İsrailin Baş naziri Binyamin Netenyahu sülh planının işlənib hazırlanmasına kömək etmiş olsa da, mənbə hesab edir ki, o, sözügedən konfransda istirak etməyəcək.

Ötən həftə Bəhreyndə keçirilmiş konfransda Kuşner planın investisiya və inkişaf sahəsindəki iddialı hədəflərini açıqlayıb. Həmin plan özəl sektora investisiyalardan – Qəzzaya, Misirə, İordaniya və Livana investisiyalardan çox asılıdır.
Amma onun siyasi tərəfi də açıqlanmalı, bu tərəf Fələstin ərəblərinin açar tələblərini, məsələn, müstəqil Fələstin dövlətinin yaradılması tələbini təmin etmir.

Diqqət çəkəndir ki, Vaşinqton da «iki dövlətin yaradılması» qərarını dəstəkləməkdən imtina edib. Məhz bu məqam uzun müddət sülhə doğru vahid həyati qabiliyyətli yol hesab edilirdi.

İynun 25-də Kuşner bəyan edib ki, onun Yaxın Şərq sülh planı Fələstin ərəbləri üçün «əsrin imkanı»dır və bu planın qəbulu sülh üçün «ilkin şərtdir».

Beləliklə, aydın olur ki, beynəlxalq sionist dairələri müstəqil Fələstin dövləti yaratmaq haqqını ABŞ-ın əli ilə ərəblərin əlindən 50 milyard dollara «satın almaq» cəhdi göstərir. Diqqət yetirin, təxminən, yarım əsr bundan əvvəl ABŞ-ın pressinqi altında, Kemp-Deviddə Misir prezidenti Ənvər Sədatın xəyanəti sayəsində İsraillə bir separat müqavilə imzalanıb və onun sayəsində uzunmüddətli imtinadan sonra, ərəblər İsrail dövlətinin varlığını tanıyıblər. İndi isə yenə də Kemp-Deviddə ABŞ-ın fəal təzyiqləri altında ərəb liderləri ilə müstəqil Fələstin dövlətinin yaradılmasından yan keçən bir müqavilənin imzalanması istənilir.

Göründüyü kimi, bu son həddir – növbəti xəyanətin yer alacağı təqdirdə, ərəblər Fələstini birdəfəlik itirəcəklər.

Xəyanət isə ərəblərin qanındadır…

Mirzə AĞ(AzPolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar