Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın tənəzzülə getdiyini göstərən tərs faktlar nədən danışır?

Sərkis Artsruni

ru.-in.am (Ermənistan), 08.08.2019

Baş nazir Nikol Paşinyanın Stepanakertdə (Xankəndi-tərc.) Dirçəliş meydanında çıxışı çoxqatlı, bununla da bir qədər ziddiyyətli idi. Baş nazirdə hansı statusun – dövlətin birinci siması, inqilab lideri, yaxud özünün bu günki siyasətinin iflasını gələcəkdəki böyük planlarda axtaran romantikin üstün olduğunu aydın deməyə çətinlik çəkirəm .

Hər halda, Nikol Paşinyanın dünənki çıxışı müsbət vurğulardan asılı olmayaraq tarixi alınmayıb. Baş nazirin çıxışının təzadı və populizmi ümummili konsensusların gərəkliliyindən danışılan hissəsinə kölgə salır.

Nikol Paşinyanın səsləndirdiyi, qulağı oxşayan və qəlbi fəth edən “Artsax – Ermənistandır və vəssalam” şüar-bəyanatı daha çox özünütanıma kimidir, əslində, Artsaxın (Dağlıq Qarabağ-tərc.) danışıqlar prosesinə qayıtmaq imkanı iflasa uğradı və Ermənistan baş naziri populizm vasitəsilə bu gerçəkliyi gizlətməyə çalışır.

Amma Paşinyanın çıxışında, belə deyək, strateji hədəflərdən danışdığı epizodda populizm və ya romantika komponentləri daha çox idi.

Nikol Paşinyan dünən Stepanakertdə Dirçəliş meydanında bəyan edib: “Biz 2050-ci ilədək sıradakı problemləri həll etməyi bacarmalıyıq: Ermənistan əhalisini 5 milyon nəfərə çatdırmaq, 1 milyon 500 min iş yeri yaratmaq, 2 milyon 500 min adamın məşğulluq məsələsini həll və yoxsulluğu ləğv etmək, Ermənistanı sənaye ölkəsinə çevirmək, Ermənistan ÜDM-i 15 dəfə artırmaq, Ermənistanda dəyəri 10 milyard dollardan yuxarı 5-dən az olmayan texnoloji şirkətə malik olmaq, 10 min işləyən startapa sahib olmaq, orta maaşı 7 dəfə artırmaq, ordunun döyüş bacarığına görə, ən azı, iyirmilikdə yer tutmaq, dünyanın on ən effetkli kəşfiyyatından birinə malik olmaq. Tibbi xidmətlərə 100% ənyetənliyi təmin etmək və səhiyyəni maliyyələşdirməyi 20 dəfə artırmaq, təhsili milli həyat tərzi etmək, təhsil və elmi maliyyələşdirməyi 20 dəfə çoxaltmaq, Ermənistana gələn turistlərin sayını 15 milyona çatdırmaq. Errmənistanın futbol üzrə yığmasını Avropa çempionatının medalçısı etmək, 25 Olimpiya qızıl medalı və şahmat üzrə fərdi çempion rütbəsi qazanmaq”.

Paşinyanın bu bəyanatı quruluş və məzmunca Serj Sərksyanın 2040-cı ilə 4 milyon əhalisi ilə Ermənistan haqda məşhur bəyanatına çox bənzəyir. Görmək çətin deyil ki, həm Sərksyanın, həm də Paşinyanın bəyanatı peşəkar əsaslanma və analiz olmadan verilib, qısası, şüar xarakteri daşıyır.

Hətta Ermənistanın iqtisadi potensialı belə proqnozlara imkan vermir – inqilab fenomeni repatriasiya üçün müəyyən əsaslar yaratsa da. İqtisadçılar, demək olar, bir ağızdan iddia edirlər ki, əvvəlki makroiqtisadi siyasətin tendensiyaları saxlanır və iqtisadi inqilabdan danışmaq yersizdir.

O biri yandan, Ermənistanda daimi əhalinin sayı altı ay boyunca 3700 nəfər azalıb. Yəni ER vətəndaşlarının sayı rəsmən azalıb. ER Statistika Komitəsinin məlumatına əsasən, cari ilin 1 iyul durumuna görə Ermənistanın daimi əhalisinin sayı 2 milyon 961 min 600 nəfər olub. Bu göstərici ötən ilin həmin dövrü ilə müqayisədə 8200 nəfər azalıb.

Daimi əhalinin sayca azalmasından savayı doğulanların da sayı azalıb. Bu ilin ilk yarısında Ermənistanda doğulanların sayı 16 min 111 nəfər olubsa, onda ötən ilin eyni dövründə 16 min 261, 2017-ci il 1 iyulun durumunda isə 17 min 171 nəfər olub. Bu ilin 1 iyul durumuna görə keçən ilin eyni dövrü ilə müqayisədə ölənlərin sayı 572 nəfər artıb.

Bu statistik göstəricilər nikbinlik üçün əsas yaratmır və əslində, Paşinyanın bəyanatının obyektivliyini şübhə altına alır.

İnqilabı fetişləşdirmək və təmkinsiz populizm heç nəyə gətirməz və bu siyasi aksioma gerçəklikdən ayrı düşərək şüarların girovuna çevrilməklə inqilabi hökumətləri məğlubiyyətə düçar olan Ukrayna və Gürcüstanda bir daha sübut olunub.(Tərcümə Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar