Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Heyətlə bağlı ciddi problemlərimiz yoxdur" - Qurban Qurbanov

"Çox vacib oyuna çıxırıq, həddindən artıq diqqətli olmalıyıq. Futbolçularımıza meydandan daha çox düşünmək lazım olacaq. Onlara lazımı məlumatı vermişik"

PİA.az-ın "Report"a istinadən məlumatına görə, bunları "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kiprin APOEL komandasına qarşı Bakıda keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu haqda danışarkən deyib.

47 yaşlı mütəxəssis "Azərsun Arena"da baş tutan mətbuat konfransında bildirib ki, yaxşı oyunla müsbət nəticə qazanmaq istəyirilər: "İlk görüşdən sonra rəqibin baş məşqçisi dəyişib. Onun işi barədə futbolçulara danışmışıq. Baş məşqçi dəyişikliyi olanda narahatlıq da olur. İndi tam fərqli formada hazırlaşmalıyıq. Bu, ilk hal deyil, belə şeylər olur. Baş məşqçi üzərində hər zaman məsuliyyət olur. Çünki nəticə ondan soruşulur. Məsuliyyət bizim üçün daha çoxdur. İnanmıram ki, yeni baş məşqçidən mərhələ keçməyi tələb edələr. Yəqin ki, ondan daha çox gələcəyin komandasını qurmaq istəyərlər".

Qurbanov heyətlə bağlı ciddi problemlərinin olmadığını vurğulayıb: "Ola bilər, rəqibdə sistem dəyişikliyi olsun. Komandaya yeni baş məşqçi gələndə adətən ilk matça fərqli əhval-ruhiyyədə olur, özlərini göstərməyə çalışırılar. Düşünürəm ki, dərinə getməməliyik, daha çox öz oyunumuzu düşünməliyik. Təcrübə göstərir ki, 2:1 və 3:1 kimi hesablar komandanı arxayınlaşdırmır. Əlbəttə, ilk matçda 2:0 hesabı ilə qalib gəlsəydik, daha yaxşı olardı. Amma bəzən buraxılan qol komandaya fayda verir. Start heyəti ilə bağlı səhər məşqindən sonra qərar verəcəyik. Maqaye Qeyenin "11-lik"də yer alacağını düşünmürəm, amma meydana çıxa bilər".

Baş məşqçi Mahir Emrelinin xarici klublardan təklif alması ilə bağlı suala belə cavab verib: "Mahir get-gedə böyüməyə başlayır, daha da inkişaf etmək istəyir. Sabahkı oyunda daha aktiv olmalıdır".

Qeyd edək ki, "Qarabağ" ötən həftə Nikosiyada keçirilən ilk oyunda 2:1 hesabı ilə qalib gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq cavab matçı saat 20:30-da start götürəcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar