Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Erməni nazir işgəncəni ört-bastır etmək istəyir"

Bunu politoloq Elxan Şahinoğlu deyib

“Erməni həbrçinin fərariliyi və könüllü sürətdə Azərbaycan ordusuna təslim olması Ermənistan hakimiyyətində ciddi narahatlıq yaradıb. Dünən bu xəbər yayıldıqdan sonra erməni saytlarının əksəriyyəti Azərbaycandan yayılan xəbərlərə istinad edərək hərbçilərinin işgəncə görməsi səbəbi ilə fərarilik etdiyini bildirdilər. Yəni ilk başda həqiqəti gizlətmədilər”.

“Yeni Sabah” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, bu cür xəbərlərin Ermənistanda ciddi narahatlıq yaratdığını görən İrəvan bir gün sonra senzuranı işə salaraq fərarilik xəbərini korrektə etməyə başlayıb. Erməni saytları “işgəncə” sözünü “azıb” ifadəsiylə dəyişməyə başlayıblar. Yəni guya həbrçiləru qəsdən təslim olmayıb, “yolu azaraq o tərəfə keçib”.

“Bu versiyanı Ermənistanın müdafiə naziri David Tonoyan da səsləndirib. O məsələ ilə bağlı araşdırma aparıldığını desə də, qabaqdangəlmişlik edərək “hərbçimiz yolu azıb” ifadəsini təkrarlayıb. Yaxşı bəs onda işgəncə görüntüləri necə olsun? “Yolu azıbsa” bədənindəki izlər nədən xəbər verir?

Bu suallara erməni müdafiə naziri cavab verməkdə çətinlik çəkib. Çünki, erməni həbçinin şəkillərində baş və əl nahiyəsində açıq-aşkar işgəncə əlamətləri var.

David Tonoyan erməni cəmiyyətinə Azərbaycan tərəfinin dezinformasiya yaydığını inandırmağa çalışır. Guya erməni hərbçinin əlinə “ağ bayraq sonradan verilərək şəkli çəkilib”.

Bütün bu havadan götürülən versiyalar əlimizdəki işgəncə görüntüləri ilə alt-üst edilir. Ona görə biz həmin şəkilləri rusdilli saytlarımız vasitəsilə dönə-dönə erməni cəmiyyətinə ötürməli, eyni zamanda həmin hərbçinin səsli etirafları da internetdə yayınlanmalıdır.

Tonoyanın işgəncəni əsk etdirən şəkillərin yayınlanmasından narahatlığı onun bu sözləri də dəlalət edir: “Hərbçimizin şəkillərinin yayılmasının tərəfdarı deyiləm”. Deməli biz bunun əksini etməliyik”.

Pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar