Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerikanın sıxışdırdığı Əsəd və Ərdoğan barışacaqlarmı?

"Onlar yenidən eyni cəbhədə ola bilərlər"

Stanislav Tarasov

regnum.ru, 12.08.2019

Türkiyənin ana müxalifət Cümhuriyyət Xalq Partiyasının (CXP) lideri Kamal Kılıçdaroğlu “Habertürk” qəzetinə müsahibədə bildirib ki, “ölkə prezidenti Rəcəb Tayib Ərdoğanın Suriya prezidenti Bəşər Əsədlə hər hansı ilkin şərtsiz görüşməli olduğu an çatıb”.

Onun sözlərinə görə, “Suriyanın şimalındakı bir çox problemləri yalnız Əsədlə birbaşa görüş yolu ilə aradan qaldırmaq olar”, Ərdoğan isə “öz inadından əl çəkməli və Türkiyənin maraqlarına uyğun hərəkət etməlidir”.

Ərdoğana müttəfiq Millətçi Hərəkat Partiyasından qoparaq “Yaxşı Partiya”ya başçılıq edən Maral Akşenər də əvvəllər belə bir çağırışla çıxış edib. O, hesab edir ki, “Vaşinqton və Ankara arasında inam böhranı şəraitində hətta ABŞ-ın Suriya ilə bütün sərhəd boyunca bufer zonası qurmaq razılığına baxmayaraq, bu ölkədə hərbi əməliyyatı dəstəkləmək üçün habelə diplomatik addım da atmaq – Əsədlə birbaşa danışıqlara başlamaq gərəkdir”. Niyə? Çünki Türkiyə ordusunun Fəratdan şərqdə planlaşdırdığı əməliyyat amerikalılarla hansısa gizli anlaşmalar zamanı nədəsə uğurlu olarsa da, fakt deyil ki, Ankara Suriya ordusu ilə toqquşmalı olmayacaq. Bu zaman tamamilə mümkündür ki, Suriya kürdləri növbəti dəfə “onlarda separatçlı əhvali-ruhiyyənin olmadığını” və “Suriya ordusuna qarşı silah işlətməmək” istəklərini bildirərək, türklərə qarşı çıxış edərlər. Özü də belə bir kartı oynamaqda Ankaradansa Dəməşqin şansı daha çoxdur. Yeri gəlmişkən, ABŞ bu amildən fəal istifadə edərək türklərə bildirir ki, Amerikanın Fəratdan şərqdə iştirakı “hərbi əməliyyatların Suriyadan artıq Türkiyə ərazisinə keçirilməməsi istəyi ilə” izah olunur.

Əlbəttə, Ərdoğan Dəməşqin mümkünn hərəkətlərini Rusiyaİranla dialoqla önləməyə çalışır, amma Britaniyanın “The Guardian” qəzetinin yazdığı kimi, Türkiyə prezidenti anlayır ki, “mürəkkəb durumda çıxış yolu Əsədlə dialoqdadır”.

Almaniyanın “kürdlər Suriyanın şimalında ABŞ dəstəyinin zəiflədiyini görərək Moskva və Dəməşqə sarı fəal meyllənməyə başlaya bilərlər ki, bu da Ərdoğanı gec, ya tez türk ordusunun kürdlərə qarşı əməliyyatının təqdir edilməsi əvəzində Əsədlə barışığa getməyə, ya da Suriyada YPG-nin başçılığı ilə kürd muxtariyyətinin meydana çıxmasına yol verməmək haqda anlaşmağa məcbur edər” proqnozunu verən “Der Spiegel” dərgisi kimi nəşr də bu mövqeyi bölüşür.

Xatırladaq ki, Moskva əvvəllər 1998-ci ildə imzalanmış Adana sazişinə işarə edib – buna görə, Suriya hökuməti öz ərazisində yerləşən Türkiyəyə düşmən güclərə münasibətdə fəaliyyət göstərməyi öhdəsinə götürüb, Türkiyə isə “YPG-yə məhdud hərbi zərbə vurmaq” imkanı əldə edib.

Hadisələrin belə gedişatında Ankara və Dəməşq arasında dialoq qaçılmaz olardı. Amma yanaşı qəliz məqamlar var. Bir zamanlar Türkiyə və Suriya liderləri arasında çoxillik dostluq var idi. Amma bu, 2011-ci ildə “ərəb baharı”nın başlanması ilə Ərdoğan “Müsəlman qardaşlar”ı hakimiyyətə gətirəcək islahatlar aparmağı tələb etməklə Əsədi amerikalılara “təslim etmək” qərarı alana qədər davam edib. Əsədi devirmək alınmayıb, lakin Ərdoğan da baş tutmayan çevriliş yaşayıb. Amerikanın bir nəşrinin yazdığı kimi, “iki lider müxtəlif cür və müxtəlif səbəblərdən ABŞ siyasətinin basqısı altına düşüb”.

Hətta aydınlaşıb ki, onlara “zəif pisliyi” – tarixin “qara səhifələri”ni çevirərək əməkdaşlığa getmək – seçməyi təklif edən Moskva (yenə də fərqli səbəblərdən) iki lideri dəstəkləyir. Sonra nə olacaq? Türkiyə KİV-ləri xəbər verir ki, “Ankara özünün xüsusi xidmətləri vasitəsilə Dəməşqlə “aşağı səviyyəli” təmas saxlayır”, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu isə bildirib ki, “Ankara Dəməşqlə yalnız üçüncü tərəflər – Rusiyaİran üzərindən təmas saxlayır”.

Amma belə, ya da elə, Ərdoğan bundan sonra ideologiyanı deyil, siyasi hesablamanı rəhbər tutarsa, Əsədlə barışmağı tamamilə mümkündür. Xüsusən də onun indi Dəməşqdəki güc bölgüsünü dəyişdirməyə vasitərləri olmadığına görə. Türkiyənin “Hurriyet” qəzeti Ərdoğanın Soçidə rusiyalı və iranlı həmkarları ilə görüşlərdən sonra söylədiyi sözləri yada salır: “Sabah nə olur-olsun, hər şey şəraitdən asılıdır. Siyasət qapıları həmişə son anadək açıqdır”.

Əlavə edək: belə də ola bilər ki, Ərdoğan və Əsəd cəbhənin eyni tərəfində görünərlər.(Tərcümə Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar