Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağların Amerikası: ABŞ irqçi cinayətləri barədə niyə danışa bilmir?

Amerika Birləşmiş Ştatları bir çox insanın görməzdən gəldiyi və ya rədd etdiyi, uzun və utanc verici bir ağ dərili üstünlüyü və irqçi cinayətlərlə dolu bir tarixə sahibdir...

Endru BANKO
“The Independent”, ABŞ, 11 avqust 2019-cu il

Dilen Ruf və Petrik Krusis manşetləri zəbt etsələr də, Amerikanın əsl problemləri daha dərindədir.

Bir nəfər qaradərililərin kilsəsinə hücum etmək üçün 2 saat yol qət edərkən, digəri də ispaniklər (ABŞ-da Latın Amerikalılara verilən ad - red!) və meksikalılarla dolu bir supermarketə atəş açmaq üçün 10 saat maşın sürüb. Biri yarı avtomatik tapançadan, digəri isə yarı avtomatik tüfəngdən istifadə edib. Hər ikisi də internetdə ağ dərili olmayanların ölkəni ələ keçirdiyi iddiaları ilə bağlı irqçi yazılar paylaşıb və hər ikisi də 21 yaşlı ağ dərili kişilərdir. Hətta deyilənə görə, onlardan biri toplu qətliam törətməyə də cəhd göstərib.

2015-ci ilin yay aylarında Cənubi Karolina ştatının Çarlston şəhərindəki Emanuel Afrika Metodist Yepiskop kilsəsinə hücum edərək Afrika əsilli 9 amerikalını öldürən Dilen Ruf ilə keçən həftə El Pasodakı bir “Walmart” mağazasına atəş açaraq 22 nəfəri öldürməkdə ittiham olunan Petrik Krusis arasındakı bənzərliklər təsadüfi deyil.

Toplu qətliamlara verilən reaksiyalardakı bənzərliklər də təəccüb doğurur. Məsələn, bir çoxu hadisələri fanatik və inkarçı insanların işi sayaraq önəmsiz göstərməyə çalışır, yəni bir növ Trampın “bunlar çox ciddi dərəcədə ruhi xəstədirlər”, sözünü təkrar edirlər. Ümumiyyətlə, ölkə belə qətliamlar qarşısında qısa müddətli şok keçirdikdə, bu şokdan da sonra terrorun ortaya atılan ilk motivi ruhi xəstəlik olur və media dərhal başqa bir məsələyə keçir. Lakin aparılan araşdırmalar göstərir ki, cinayətlərin çox kiçik bir qismində ruhi xəstəlik faktoru üzə çıxıb.

Lakin belə bir vəziyyət əsl həqiqəti asanlıqla gizlədir: Amerika Birləşmiş Ştatları bir çox insanın görməzdən gəldiyi və ya rədd etdiyi, uzun və utanc verici bir ağ dərili üstünlüyü və irqçi cinayətlərlə dolu bir tarixə sahibdir. Hətta bütün millətin şüuru ağ insanların hökm etmək üçün yarandığı fikir üzərində formalaşıb.

Üstünlüyü qorumaq üçün şiddətə müraciət etdikdə isə - istər köləliyin davamı üçün müharibə edərkən, istər yerli xalqların etnik təmizlənməsini həyata keçirərkən, istərsə də uğursuz “yenidənqurma” illərində minlərlə qaradərili məhv edilərkən - bu işlərə can atan çoxlu könüllülər ortaya çıxmışdı.

11 sentyabr hücumundan bu vaxta qədərki müddətdə FBR kimi quruluşların əsas vəzifəsi İslam terroruna qarşı mübarizə aparmaq idi. Bununla yanaşı, əldə edilən məlumatlar göstərir ki, ağ dərili üstünlüyünə inananların törətdiyi yerli cinayətlər daha böyek və ölümcül şiddətə yol açıb.

ABŞ-da nifrət cinayətlərini izləyən Milli Quruluş Böhtan və İnkara qarşı Mübarizə Birliyinin (ADL) verdiyi açıqlamaya görə, hələ də ölkənin ən dəhşətli yerli terror hadisəsi sayılan 1995-ci ildə gənc və ağ dərili Timeti Mekveyin Oklahoma ştatının federal binasını partlatmasından sonra radikal sağçıların ən çox cinayət törətdiyi il 2018-ci il olub. “The Atlantic” jurnalı da son 10 ildə radikallıqla bağlı cinayətlərin 3/4-nün yerli sağçı radikallar, 1/4-nin isə islamçı radikallar tərəfindən törədildiyini bildirib.

Yeni Zelandiyadakı məscidlərə mart ayında hücum nəticəsində - El Paso hücumundakı cinayətkarın təriflədiyi hadisə - 50 müsəlman həyatını itirdikdən sonra qlobal və ya milli səviyyədə ağ radikallıq kimi bir problemin olmadığını iddia etmək tam da FBR rəhbəri Kristofer Vreyə və Donald Trampa yaraşan bir hərəkətdir.

Əslində isə Şarlottesvildə ölümcül şiddətə səbəb olan, Daily Stormer kimi saytların forumlarını işğal edən və ya Vaşinqtonun şimal-şərqində “Amerika Qalası” adı altında silah toplayan ağ irqçilər Tramp kimi bir liderləri olduğu üçün cəsarətlənirlər. Trampın “köçkün istilası” kimi sözlərinin çoxu bu cür qrupların fikirləri ilə üst-üstə düşür.

Bir çoxları üçün irq barədə danışmaq çətin görünür. Keçən həftə sonu El Pasoya səyahət edərkən təyyarədə yanımda oturan ağ dərili və El Pasolu bir qadın prezidenti dəstəklədiyini və yenidən ona səs verəcəyini deyirdi. Demokrat namizədlərinin televiziyadakı bəzi müzakirələrini izlədiyini və Kamala Harrisin çıxışından çox təsirləndiyini bildirdi. O, həmçinin, köləlik təzminatını dəstəklədiyi üçün Harrisə qətiyyən səs verməyəcəyini də dedi. Mən isə: “Maddi təzminat məsələsi olmasa belə, Amerikanın rifahının və qlobal hakimiyyətin əsasən kölə işçilərin əməyi hesabına böyüdüyünü nəzərə aldıqda bu məsələnin müzakirə edilməsi ölkə üçün daha yaxşı olmazmı?”, deyə soruşdum. Qadın oxuduğu kitabdan başını qaldraraq: Babalarımızın günahlarına görə biz niyə məsuliyyət daşıyaq ki? Bir az geri getmək istəyirsinizmi?”, dedi.

Amerikalıların hamısının irqçilik və ya ağ adamların hakimiyyəti barədə danışmaq istəməməsi fikri tam doğru deyil. Bu məsələlərdən qaçanlar, əsasən, ağ dərili amerikalılardır.

Donald Tramp keçən gün El Pasoya gedən zaman 2020-ci il prezident seçkilərində Trampa meydan oxumaq istəyən, Nyu-Cersidən olan afrika əsilli senat Kori Buker nifrət, irqçilik və şiddətlə bağlı bir nitq söyləyib. Buker nitqini 4 il əvvəl hücuma məruz qalan və yerli xalqın “Mother Emanuel” (Emanuel Ana) adlandırdığı Çarlstondakı kilsədə həyata keçirib.

Buker: “Amerika tarixində ağ irqin üstünlüyü hər zaman problem olub və ya gizlədilib”, dedi: “Bu ədalətsizliklər qarşısında səssiz qalmaq bir seçimdir. Passiv qalmaq isə cinayətə ortaq olmaqdır. Nifrəti görməzdən gəlmək onu gücləndirməkdir. Bu şəkildə asana qaçmaq tolerantlığı saxta bir dəyər halına gətirir”.

Daha sonra Buker davam edib: “Ağ irqin üstünlüyu təhlükəli və ölümcül terror aktları zamanı açıq şəkildə görünməklə bərabər, cəmiyyətdə çox vaxt qəsdən cəhalət və ya təhlükəli tolerantlıq sayəsində yaşaya bilir”, deyə əlavə edib.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar