Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bütün təxribatlara qat-qat artıq cavab verilməlidir” - DSX-nin Qazax əməliyyatı

“Azərbaycan Milli Ordusunun tabor komandiri Ağdamda düşmən tərəfindən vurulanda, Müdafiə Nazirliyi eyni reaksiyanı verməli idi”

PİA.az xəbər verir ki, bu sözləri Yenicag.az-a DSX-nin Qazax istiqamətində sərhəd mövqelərini irəli çəkməsini və bir neçə yüksəkliyi ələ keçirməsini şərh edərkən hərbi ekspert Tərlan Eyvazov deyib.

Tərlan Eyvazov öncə Qazax istiqamətində Azərbaycan-Ermənistan sərhəd probleminin tarixinə toxunub: “Hələ 1984-cü ildə Qazax ərazisindən SSRİ rəhbərliyinin iştirakı ilə 5 min hektar ərazi Azərbaycandan alınaraq Ermənistana verildi. Qazax əhalisi o vaxt buna qarşı çıxdı, gələn nümayəndələri daş-qalaq elədi. Silahlı münaqişənin ilk illərində Qazaxın 7 kəndi – Barxudarlı, Sofulu,Yuxarı Əskipara, Aşağı Əskipara, Baganis Ayrım, Qızıl Hacılı, Xeyrimli ermənilər tərəfindən nəinki yağmalandı, orada olan əhali ilə birgə diri-diri yandırıldı. Bütün bunların cavabı ermənilərə o vaxtdan bəri hələ də verilməyib. DSX-nin bu addımı birdən-birə olmayıb. DSX ərazidə möhkəmlənəndən sonra Azərbaycan sərhəddini bərpa etmək üçün operativ addım atıb.

Paşinyanın məlum son həyasız çıxışından sonra bu addım atılmalı idi. Paşinyan o çıxışı ilə nəinki Azərbaycanı, hətta başda Rusiya olmaqla ə bütün həmsədr dövlətləri saymadığını bildirmişdi. Paşinyan ötən ilin yayında yenə sərsəm bəynat vermişdi. Nəinki işğal olmuş torpaqlar, hətta Gəncəbasar və Naxçıvanın da Ermənistan ərazisi olduğunu iddia etmişdi. Bundan çox az sonra məlum Günnüt əməliyyatı həyata keçirildi. Əgər Günnüt əməliyyatı Paşinyanın ötən ilki bəyanatına cavab idisə, bu hadisə də, yaxın zamanlardakı bəyanatına cavab oldu”.

Tərlan Eyvazov Müdafiə Nazirliyinin DSX-nin atdığı son addımlara da toxunub:

“Keşikçidağ” məsələsində DSX-nı tənqid etdik. Bu tənqidlərdən nəticə çıxaran DSX çox qısa zaman kəsiyində, ərazidə kimin kim olduğunu göstərdi. Baxmayaraq ki, bəzi politoloqlarımız bildirirdi ki, DSX sərt addım atarsa, Gürcüstanla Azərbaycan arasında problemlər yarana bilər. Qətiyyən belə bir şey olmadı. DSX-nın kəskin, radikal tədbirlərindən sonra “Keşikçidağ” məsələsi sakitləşdi. O vaxt da dedik, nə qədər ki, torpaqlarımızı işğal altda saxlayan ermənilərin cavabını verməmişik, qonşularımız tərəfindən belə addımların atılması labüddür.
Müdafiə Nazirliyi bu addımı atsaydı, Ermənistan həyasız bəyanatlar verəcəkdi ki, Azərbaycan ordusu üzərimizə hücuma keçib, ərazi bütövlüyümüzü pozur. Bu işi DSX gördüyüə görə, üzərinə gələ bilmirlər. Çünki bu, birbaşa DSX-nin səlahiyyətində olan məsələdir.

Onu da qeyd etməliyik ki, DSX-nin operativliyi daha üstündür. Görünən odur ki, DSX-nin döyüş qabiliyyəti çox yüksək səviyyədədir. Azərbaycan Milli Ordusunun tabor komandiri Ağdamda düşmən tərəfindən vurulanda, Müdafiə Nazirliyi eyni reaksiyanı verməli idi. Biz onun cavabını adekvat verə bilmədik. Düşmənin bütün təxribatlarına ondan qat-qat artıq cavab verməliyik”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar