ABŞ Prezidenti Donald Trump və Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Ştatların Moskvadakı səfiri Con Hantsmanın istefasını müzakirə edib
PİA.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.
O, Trampın həmkarını səfirin istefası barədə məlumatlandırdığını söyləyib: “Bundan əlavə, Tramp Putinə yeni namizədin kim olacağını deməyə söz verdi”.
Peskov vurğulayıb ki, Hantsmanın ABŞ-ın Rusiyadakı səfirlik müddət iki ölkə arasında ikitərəfli münasibətlərin çətin dövrünə təsadüf edib.
Qeyd edək ki, 2017-ci ilin oktyabrından ABŞ-ın Rusiyadakı səfiri kimi çalışan Con Hantsman istefa ərizəsini Donald Trampa göndərib. O, səfir postunu 3 oktyabrda tərk edəcək.
pia.az