Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın bukmeyker şirkətinin Böyük Britaniyada fəaliyyəti dayandırılıb

Buna səbəb şirkətin uşaq idmanı ilə bağlı mərc oyunları keçirməsi olub

Rusiyanın “1XBet” bukmeyker şirkəti uşaq idmanı ilə bağlı mərc oyunları keçirdiyinə dair “The Sunday Times” tərəfindən aparılan araşdırmadan sonra saytının fəaliyyətini dayandırıb.

“Report” Böyük Britaniya KİV-inə istinadən xəbər verir ki, ötən ay aparılan araşdırmalar adəçəkilən şirkətin saytında iyun ayında Keniyada məktəblərdə keçirildiyi güman edilən U16 basketbol oyunlarına və başqa yarışlara dair mərclər qəbul etdiyini üzə çıxarıb. Daha sonra da şirkət tərəfindən premyer liqa oyunlarının qanunsuz yayımını təşkil edən saytlarda reklam yerləşdirildiyinə dair sübutlar əldə edilib.

Ötən il isə Böyük Britaniya mediası “1XBet” tərəfindən Filippinlərdən canlı yayımlanan xoruz döyüşlərinə də mərc qəbul etdiyini bildirib.

Hazırda barəsində qumar oyunları komissiyası tərəfindən araşdırma aparılan “1XBet”in proqram təminatını hazırlayan “FSB Technology” şirkəti Böyük Britaniyada saytına girişi bağlayaraq onunla “white label” (başqa şirkətin istehsal etdiyi qeyri-brand məhsul və xidmətlərin öz brandı ilə satışı) sazişinə düzəlişlər edir.

Qeyd edək ki, “1XBet” bukmeyker şirkəti Azərbaycanda da qanunsuz fəaliyyət göstərir. Belə ki, bəzi yerli və xarici saytlarda həmin şirkət tərəfindən ölkə milli komandası futbolçularının şəkillərinin qanunsuz olaraq reklam məqsədli istifadəetdiyini görmək olar. Bununla bağlı AFFA dəfələrlə müvafiq bəyanatlar verib.

Xatırladaq ki, ölkə ərazisində yeganə qanuni mərc oyunları məkanı “Topaz” hesab olunur.

Pia.az


Etiket: 1XBet

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar