Çərşənbə, 16 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Suriyada Təhlükəsiz Bölgə problemi: Vaşinqton və Ankara anlaşa biləcəkmi?

ABŞ ilə bir anlaşılmazlıq yaranarsa və buna görə Təhlükəsiz Bölgə planı ləğv edilərsə, Türkiyə sərhəddən kənarda hərəkat planını gündəmdə saxlayır...

“Haberler” saytı, Türkiyə, 14 iyul 2019-cu il

ABŞ ilə birlikdə yaradılacaq Təhlükəsiz Bölgədə dərinlik məsələsi ilə bağlı problem yaşanır. Belə ki, ABŞ heyəti Təhlükəsiz Bölgədə dərinliyin 15 km olmasını istəyir, Türkiyə isə sərhəd xəttinə qədər 32 km uzaqlıqda yerləşən Raqqa Hələb yoluna qədər uzanmasını tələb edir.

Suriyanın şimalında yaradılacaq Təhlükəsiz Bölgə üçün Türkiyə və ABŞ əsgərlərinin Müştərək Hərəkat Mərkəzinin qurulması ilə bağlı işlər aparılır. Müştərək Hərəkat Mərkəzi üçün Şanlıurfaya gələn 1 polkovnik və 2 mayordan ibarət 6 nəfərlik ABŞ heyətində olan hərbiçilər Təhlükəsiz Bölgədə dərinliyin 15 km olmasını istəyir. Türkiyə isə bu dərinliyin sərhəd xəttinə qədər 32 km uzaqlıqda yerləşən Raqqa Hələb yoluna qədər uzanmasını tələb edir. Türkiyə ilə ABŞ arasında uzlaşma əldə edildikdən sonra bildirilib ki, Təhlükəsiz Bölgənin yaradılması üçün Müştərək Hərəkat Mərkəzi fəaliyyətə başlayacaq və Türkiyə Silahlı Qüvvələri (TSK) Suriyanın şimalında əvvəlcə 10 nöqtədə hərbi baza quracaq.

“Fərat Qalxanı” və “Zeytun Budağı” Hərəkatları

Türkiyənin cənubunda 911 km uzunluğunda sərhədi olan Suriyada 2011-ci ildə vətəndaş müharibəsi baş verib. Müharibə başladıqdan sonra toqquşma təhlükəsi və terror təşkilatlarının bölgələrdə göstərdiyi təzyiqlər nəticəsində 3,5 milyondan çox suriyalı evlərini tərk edərək Türkiyəyə sığınıb. Türkiyə sərhədinə yaxın bölgələrdəki yaşayış məntəqələrini terror hücumlarından qorumaq üçün TSK tərəfindən Fərat Qalxanı və Zeytun Budağı Hərəkatı qurulub. Sərhəddən kənarda keçirilən hərəkatlar ilə Fərat çayının qərbindəki Cerablus şəhəri ilə Əfrin arasındakı bölgə terror təşkilatlarıdan təmizlənib. 300 mindən çoxu Türkiyədən gələn yüz minlərlə suriyalı yenidən TSK-nın keçirdiyi əməliyyatlar sayəsində 4 min km-dan böyük sahəyə yenidən qayıda bilib.

Təhlükəsiz Bölgə

57 gündən sonra uğurla nəticələnən Zeytun Budağı Hərəkatının ardınca Fərat çayının şərqində qalan Şanlıurfa ilə Şırnak şəhərlərinin qarşısında olan və Türkiyə üçün təhdid yaradan PKK/YPG nəzarətindəki yaşayış məntəqələrinin də təmizlənməsi gündəmə gəlmişdi. Türkiyə bu prosesdə terrorçulara tez-tez silahı buraxıb, işğal etdikləri bölgələri əsl sahiblərinə geri vermələri üçün çağırış etmiş, lakin bir cavab ala bilməmişdi. Ara-sıra Suriyadan açılan atəşləri əngəlləyən Türkiyə artıq Fəratın şərqindəki təhdidi bitirmək üçün tez-tez çağırış etməyə başlamışdı. Beynəlxalq arenada, xüsusilə ABŞ-ın silah və təchizat dəstəyi verdiyi terror təşkilatının yerləşdiyi sahələrdəki bazaları bəhanə edərək Türkiyəyə əngəl olmağa çalışırdı. ABŞ Türkiyənin təzyiqi ilə Suriyadakı bazalarını geri çəkəcəyini bildirərək hərəkatın qarşısını alıb. Lakin aradan keçən vaxtda bazaların boşaldılması və Türkiyənin hərbi hərəkatdakı qətiyyəti nəticəsində ABŞ heyəti Suriyanın şimalında təhlükəsiz bölgə yaradılması məsələsini gündəmə gətirdi.

Ortaq şəkildə hərəkət etməyə qərar verildi

Türkiyənin təzyiqi nəticəsində geri addım atan ABŞ heyəti keçən həftə Ankaradakı Milli Müdafiə Nazirliyində bir neçə toplantı keçirib. Hərbi heyətlər arasında aparılan görüşlərdən sonra Suriyanın şimalında Təhlükəsiz Bölgə yaradılması və bunun Türkiyə və ABŞ tərəfindən düzgün planlanmasına qərar verilib. Toplantıdan sonra sərhəd xəttində Müştərək Hərəkat Mərkəzi qurulması barədə də hər iki ölkənin hərbiçiləri arasında müzakirələr aparılıb.

6 nəfərlik ABŞ heyəti Şanlıurfada araşdırmalar aparır

Ankarada keçirilən iclaslardan sonra ABŞ-ın ilk hərbi heyəti bazar ertəsi günü Şanlıurfaya gəlib. Türk əsgərlərinin müşayiət etdiyi 1 polkovnik və 2 mayordan ibarət 6 nəfərlik ABŞ heyəti Şanlıurfanın sərhəd xəttində yerləşən terror təşkilatı PKK/YPG nəzarətində olan Təl-əbyad ilə qonşu olan Akçakale rayonuna yerləşib. Türk və ABŞ hərbi heyəti Akçakaledə yerləşən 3-cü Sərhəd Alay Komandanlığında iclas keçirib. Bu iclasdan sonra iki ölkənin əsgərlərindən ibarət olan heyət hərbi maşınlarla sərhəd xəttində bir müddət daha araşdırmalar aparıb.

İclaslar davam edir

İctimaiyyətin diqqətində olan və Akçakaledə ABŞ və Türkiyə hərbi heyəti Sərhəd Alay Komandanlığında məhdud sayda insanın iştirak etdiyi iclaslar hələ də davam edir. Bağlı qapılar arxasında və Suriyanın şimalını göstərən xəritə üzərində aparılan iclaslarda iki ölkənin əsgərləri bir çox məsələdə ortaq qərara gələ bilib. Təhlükəsiz Bölgə çərçivəsində qurulacaq Müştərək Hərəkat Mərkəzinin struktur işləri ilə kritik funksiyaları arasında bir bağlılıq yaradılıb. Təhlükəsiz bölgənin təsis edilməsindən sonra hər iki ölkənin əsgərləri patrul xidmətini həyata keçirərkən istifadə edəcəkləri zirehli maşınlarla Suriyaya hansı nöqtələrdən girəcəklərini də müəyyənləşdiriblər. Suriyanın Əyn-əl Ərəb bölgəsindən başlayıb Qamışlı şəhərinə qədər uzanan yüzlərlə kilometrlik uzunluqda olan və Suriyanın şimalında yerləşən təchizat və logistik xətlər barədə də fikir birliyi əldə olunub.

Dərinlik neçə kilometr olacaq?

Hələ də davam edən Müştərək Hərəkat Mərkəzi ilə bağlı görüşlərdə iki ölkənin hərbi heyətlərinin ortaq qərara gələ bilmədiyi yeganə məsələ isə Təhlükəsiz Bölgənin Türkiyə sərhədindən neçə kilometr dərinlikdə olacağı məsələsidir. ABŞ əsgərləri dərinliyin Türkiyə sərhədindən 15 km uzaqlıqda yerləşməsini və bu bölgənin silahlı terror dəstələrindən təmizlənməsini təklif edib. Bu təklifi qəbul etməyən Türkiyə heyəti isə dərinliyin 40 km olmasını, əks halda 32 km uzaqlıqda yerləşən Raqqa-Hələb-Həsəki yoluna qədər uzanmasını tələb edib. Türk heyəti, həmçinin, qeyd edib ki, sərhəd xəttindən ən azı 32 km dərinliyə çatmaq Türkiyə sərhəddindəki şəhərləri terrorçuların əlindəki raket, minaatan və ağır silahların mənzilindən çıxarmağa kömək edəcək. Dərinliyin neçə kilometr olacağı hələ ki, məlum deyil, lakin Türkiyə öz tələbindən geri durmayacağını ABŞ heyətinə bildirib.

TSK Suriyanın şimalında əvvəlcə 10 baza quracaq

Türkiyə ilə ABŞ arasındakı görüşlər müsbət şəkildə nəticələndikdən və Təhlükəsiz Bölgə təsis edildikdən sonra Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalında əvvəlcə 10 yerdə hərbi baza qurulacağı bildirilib. Hərbi vəzifəlilər qeyd edir ki, ilk mərhələdə Fəratın şərqində qalan Suriyanın Əyn-əl Ərəb, Təl-əbyad, Rəsuləyn, Qamışlı, Dərbəsiyə, Əmudə bölgələri başda olmaqla, 10 yerdə baza qurulması və zirehli maşınlarla burada müşahidə nöqtələri yaradılması planlaşdırılır. Həmçinin, bildirilir ki, TSK qarşıdakı müddətdə ehtiyac duyulan bölgələrdə yeni baza nöqtələri yaradacaq və Təhlükəsiz Bölgədəki təsir zonasını artıraraq sivillərin geri qayıtmasını təmin edəcək.

Razılıq əldə olunduqda ABŞ əsgərləri gələcək

Verilən məlumata görə, Müştərək Hərəkat Mərkəzi yaratmaq üçün ABŞ və Türkiyə-nin hərbi heyətləri arasında davam edən görüşlər müsbət şəkildə nəticələndikdən sonra Təhlükəsiz Bölgədə patrul xidməti aparan ABŞ əsgərləri də Türkiyəyə gələcəklər. ABŞ-dan gələcək əsgərlərin bir qismi Türkiyədə qalacaq, qalanı isə Suriyanın şimalındakı bazalara göndəriləcəklər.

Hərəkat məsələsi də gündəmdədir

Fəratın şərqindəki terror qüvvələrini məhv edərək təhlükəsizlik yaradılması və terror təşkilatının təzyiqlərinə görə evlərindən qovulmuş sivillərin geri qayıtmasını hədəfləyən Türkiyə bu məsələdəki qərarlılığını ABŞ başda olmaqla, bütün beynəlxalq platformada tez-tez dilə gətirir. Son xəbərlərdən sonra ABŞ ilə bir anlaşılmazlıq yaranarsa və buna görə, Təhlükəsiz Bölgə planı ləğv edilərsə, Türkiyə sərhəddən kənarda hərəkat planını gündəmdə saxlayır. Aylardır hərəkat keçirilməsi ehtimalına qarşı Fəratın şərqindəki sərhəd xəttinə zirehli texnika və işçi göndərən TSK əgər Təhlükəsiz Bölgə planından imtina etsə, “Zeytun Budağı” və “Fərat Qalxanı” Hərəkatı kimi Fəratın şərqini də terrorçulardan təmizləmək üçün hərbi əməliyyatlar keçirməli olacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar