Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib.
“Yeni Sabah” xəbər verir ki, “Neftçi” də bu mərhələdə İsrailin “Bney Yehud” klubu ilə qarşılaşıb. Evdən 2:2 bərabərliklə yollanan komanda səfərdə keçirilən matçda 2:1 hesabı ilə məğlub olub. Bununla da “Neftçi” Avroliqada mübarizəni dayandırıb.
16 avqust
Avropa Liqası 3-cü təsnifat mərhələsi, cavab oyunu
21:00. "Bney Yehuda" (İsrail) - "Neftçi" - 2:1
Qollar: Don Jan, 14 (1:0), Tamqi Saqas, 66 (2:0), Emin Mahmudov, 90+3-pen (2:1)
İlk oyun - 2:2
Pia.az