Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Neftçi”nin kapitanı: “Bu cür futbolla mərhələni keçməyə layiq deyilik”

“Neftçi”nin kapitanı Emin Mahmudov İsraildə “Bney Yehuda”ya 1:2 hesabı ilə uduzduqları Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçından sonra müsahibə verib.

27 yaşlı yarımmüdafiəçi “Report”un Təl-Əvivə ezam olunmuş əməkdaşının da suallarını cavablandırıb:

- İlk növbədə azarkeşlərimizdən üzr istəyirəm. Çünki onlar bizi Bakıda da, burda da sonadək dəstəkləyirdilər. Oyuna gəlincə, bütün mübarizələri uduzduq. Uşaq səhvlərindən qollar buraxdıq, ön xətdə heç nə yarada bilmədik. Bu cür futbolla mərhələni keçməyə layiq deyilik.

- Amma “Neftçi” əvvəlki mərhələlərdə belə deyildi. Nə dəyişdi?

- Yəqin psixologiyamız belədir ki, bir uğurlu oyundan sonra göylərə qalxırıq.

- Bu məğlubiyyətdən sonra çempionatda özünüzə necə gələcəksiniz?

- Mütləq özümüzə gəlməliyik. Çünki məğlubiyyəti həzm etməyə vaxtımız da yoxdur. Ötən mövsüm böyük xal fərqi yaratsaq da, qış fasiləsindən sonra “Qarabağ” demək olar bütün oyunlarda qələbə qazanıb çempion oldu. Ümumiyyətlə, çempionatda hər oyuna tam məsuliyyətlə çıxmalıyıq. Nəhayət, mübarizə aparmalıyıq, meydanda gəzişməməliyik.

- Bu məğlubiyyətdə əsas səbəb Tula “Arsenal”ı üzərində qələbələrdən sonra arxayınlığın yaranmasıdır?

- Bilmirəm problem nədədir. Bəlkə, qeyd etdiyiniz məqamın da rolu var. İki qol buraxdıqdan sonra ayılırıq və mübarizə aparmağa başlayırıq. Döyüşə ilk dəqiqədən başlamaq lazımdır.

- Yarımmüdafiənin mərkəzində tək qalmışdınız - nə Soni Mustivar sənə dəstək olurdu, nə də Mamadu Kane. Elə cinahlar da “fil qulağı”nda yatmışdı. Rauf Əliyev topsuz idi. Axı, ilk oyunun birinci 45 dəqiqəsindən dərs çıxarmaq olardı. Ancaq İsraildə də analoji ilk 45 dəqiqə izlədik.

Tək cinahlar yox, bütün komanda yatmışdı. Özü də bu iki oyunda bənzər yalnız ilk 45 dəqiqələr yox, hər iki 90 dəqiqə oldu. Bəli, ilk matçdan sonra baş məşqçimiz bizə nə etməli, necə etməli olduğumuzu izah etmişdi. Təəssüf ki, onun dediklərinin heç birini yerinə yetirmədik.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar