Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərdar Cəlaloğlu PKK liderləri ilə görüşündən danışdı

Fazil Mustafa özündən arxayındırsa, sübut istəyirsə, Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) müraciət eləsin”.

Bu sözləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Xatırladaq ki, ADP sədri millət vəkili Fazil Mustafanı FETO ilə əlaqədə ittiham edib. Fazil Mustafa isə “Sərdar Cəlaloğlu bunu sübut etməsə, namussuzdur” deyə ona sərt cavab verib.

Sərdar Cəlaloğlu bildirib ki, bu məsələni mediada müzakirə etmək niyyəti yoxdur: “Dövlət var, dövlətin müəyyən qurumları var. Buyursun DTX-ya müraciət etsin, məni də çağırsınlar, bildiklərimi deyim. Fazil Mustafa bunu eləmək əvəzinə millət vəkilinə yaraşmayan tərzdə danışır, namus söhbəti edir. İndi mən də durum deyim ki, mənim PKK ilə əlaqələrimi sübut etməyən namussuzdur? Axı belə olmaz. Bu bizə yaraşmaz”.

ADP sədri əlavə edib ki, o özü Fazil Mustafa ilə bağlı DTX-ya müraciət emək istəyib. Lakin müavinləri onu fikrindən daşındırıb: “Bu adam Azərbaycanın tarixi şəxsiyyətlərini, xüsusilə Şah İsmayıl Xətaini aşağılamaqla məşğuldur. Mən də DTX-ya müraciət etmək istəyirdim ki, onun FETO ilə əlaqələrinin olub-olmadığı araşdırılsın. Amma müavinlərim bildirdi ki, Fazil Mustafa yanlışlığa yol verdiyini etiraf edib, deyib ki, gərək Şah İsmayılla bağlı müzakirələri akademik səviyyədə aparaydım. Bir növ geri çəkilib.

Ona görə mən də DTX-ya müraciət etməkdən vaz keçdim. Amma indi görürəm ki, məni təhqir edir”.

Sərdar Cəlaloğlu PKK ilə əlaqələri barədə iddialara da aydınlıq gətirib. ADP sədri bildirib ki, PKK təmsilçiləri ilə görüşü 1992-ci ildə olub: “Onlar mənimlə görüşməzdən əvvəl Azərbaycanın bir çox siyasətçiləri ilə görüşmüşdülər. Özü də mən görüş zamanı bilmişəm ki, onlar PKK-nın nümayəndələridir. Azərbaycanda yaşayan kürdləri ermənilərlə vuruşmaqdan çəkindirməyə gəlmişdilər.

Mən də onlara dedim ki, erməni türkə, kürdə, talışa, ləzgiyə fərq qoymur. Kim müsəlmandırsa onu özünə düşmən sayır. Təsadüfi deyil ki, 20-ci əsrin əvvəllərində baş verənlər də erməni-müsəlman davası kimi tarixə düşüb. Bundan sonra onlar dediklərinə təəssüf etdilər və geri qayıtdılar. Bu məsələ gündəmə gələndə mən DTX-ya müraciət etdim, PKK ilə əlaqələrim varsa, çıxarıb qoysunlar ortaya”.(Yeni Sabah)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ən çox oxunanalar