Çərşənbə, 30 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Ermənilərin ekoloji terroru: Tərtər, Ağdam, Bərdə və Goranboy susuz qala bilər

Azərbaycanın işğal altındakı torpaqlarında qurulmuş qondarma "Dağlıq Qarabağ” rejimi növbəti təxribata əl atıb.

Ermənistan KİV-i yazır ki, separatçı qurumun "keçmiş baş naziri” Araik Arutunyan Sərsəng su anbarı ilə bağlı 100 milyon dollarlıq layihənin start götürdüyünü bildirməsindən sonra, ərazidə tikinti-bərpa işləri başlayıb. Layihə keçmiş Ağdərə rayonu ərazisində yerləşən Sərsəng su anbarından işğal altındakı ərazilərə 4 su kanalının çəkilməsi yolu ilə 10 min hektar ərazinini suvarılmasını nəzərdə tutur. Arutunyan tikinti işlərinin 2,5 ilə yekunlaşacağını proqnozlaşdırıb.

Paralel olaraq, Sərsəng su anbarına 2 böyük və 2 kiçik su kanalının çəkilməsi, kanallar üzərində 5 hidoelektrik staniyasının inşası nəzərdə tutulur. Bu isə faktiki olaraq, Sərsəng su anbarını su ilə təmin edən Tərtər çayından Bərdə, TərtərAğcabədi kimi cəbhəyə yaxın rayonlara su sərfiyyatının azalmasına, su kanallarının suvarma işlərində istifadəsinə ciddi problem yaradacaq.

Belə ki, 1976-cı ildə istifadəyə verilən Tərtər sağ sahil kanalı Tərtər, Ağdam, Bərdə rayonlarının, həmin il tikilən Tərtər sol sahil kanalı isə TərtərGoranboy rayonlarının ərazisində suvarma işləri üçün geniş istifadə olunur.

Suyun qarşısının kəsilməsi Azərbaycanın on minlərlə hektar torpaq sahəsinin susuz qalmasına, bölgədəki yüz minlərlə insanın yaşam şərtlərinin çətinləşməsinə və ekoloji böhrana yol aça bilər.

Təsadüfi deyil ki, istifadəyə verildiyi 43 il ərzində təmir olunmayan Sərsəng su anbarı region üçün təhlükə mənbəyi olub. Ermənilərin işğalda saxladığı su anbarını təmir etdirməməsi, Azərbaycanı sudan məhrum etməsi Avropa Şurası Parlament Assambleyasının diqqətindən də yayınmayıb. Beynəlxalq qurum 2017-ci ilin qış sessiyasında ermənilərin ciddi müqavimətinə baxmayaraq, "Azərbaycanın cəbhəyanı rayonların sakinləri qəsdən sudan məhrum edilib” adlı qətnamə qəbul etmişdi.(yeni sabah)

Pia.az




Etiket:

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

"Paşinyan İlham Əliyevə danışıqlar prosesi ilə bağlı istəklərini çatdırdı" - Prezidentin köməkçisi

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb - Video

Füzuli şəhəri ilə bağlı Müdafiə Nazirliyi açıqlama yaydı

Putin öz xalqını çox təhlükəli və görünməz düşmən barədə xəbərdarlıq etdi

Öldürülən erməni generalının yerini Azərbaycana Ermənistanın muzdlu döyüşçüləri satıb - Fotolar

"Bu gün sevindirici məlumatlar yayılacaq" - Qubad İbadoğlu

Ermənilər cəbhəyə gedən Kamil Zeynallını hədəf aldı - Foto

Paşinyan Rusiyaya gedəcək erməni nümayəndənin səfərini ləğv etdi - Nələr baş verir?

Erməni əsgərləri səngərdə ağlayır: “Bizi tək qoyublar” - Video

Azərbaycan ordusunun uğurlu əks-hücumu Kəlbəcərdəki qızıl yatağını işlədən Rusiya şirkətini də “vurdu"... 

loading...

Ən çox oxunanalar