Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan Serj Sarkisyanın və erməni generallarının həbsini hazırlayır

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyan dünən bir sıra sensasiyalı açıqlamalar verib

PİA.az Virtualaz.org-a istinadən bildirir ki, Ermənistanın Vatikandakı keçmiş səfiri M.Minasyan sahibi olduğu "Novosti Armenia" agentliyinə müsahibəsində deyib ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan həbs oluna bilər...

Diplomat əvvəlcə ötən ilin aprel-may hadisələrinə toxunub və bildirib ki, o vaxt baş verənləri inqilab yox, hakimiyyət dəyişikliyi kimi səciyyələndirmək olar. Onun sözlərinə görə, həmin dövrdə ölkədə inqilabi şərait yetişsə də, bu hadisə heç də “məxməri inqilab” olmayıb.

Minasyan əlavə edib ki, indiki hakimiyyətin dövrünü isə ən təhlükəli – dərin məyusluq və növbəti kədərli nəticələr doğuracaq şərait kimi qiymətləndirmək olar: “Hakimiyyət dəyişikliyindən sonra yeni hakimiyyət xalqı birləşdirmək, tikmək və yaratmaq, bir sözlə, əsl inqilabi prosesləri həyata keçirmək imkanı qazandı. İnsanların görünməmiş dəstəyindən isə dövlətçilik və xalq naminə istifadə etmək olardı. Bunun üçün keçmişin buxovlarından qurtulmaq, yazılmamış qanunların əsiri olmamaq və yeni komanda yaradaraq qeyri-adi nəticələr əldə etmək lazım idi. Aprelin 23-dən sonra Ermənistan üçün uçuş zolağı açıq idi və əlverişli hava vardı...”.


Lakin Paşinyan hakimiyyətinin tamamilə başqa yol seçdiyini təəssüflə qeyd edən diplomat vurğulayıb ki, yeni hökumət islahatları deyil, köhnə qvardiyadan intiqam və qisas almaq yolunu seçdi.

O bildirib ki, Ermənistanın indiki hakimiyyətinin fəaliyyətinin bütün məntiqi ittihamlar və həbslərdən ibarətdir: "Bu gün dövlət resurslarının əhəmiyyətli hissəsi ittihamlara və həbslərə xərclənir. Amma problem ondadır ki, bu daha işə yaramır".

M.Minasyan qeyd edib ki, hakimiyyət çoxdan böyük həbs ssenarisi planlaşdırır və həmin meqa-həbsin daha bir "qızıl ehtiyatı" var: “Bu, Serj Sarkisyanın həbsidir... Sadə bir hesablama belə ehtimal etməyə əsas verir ki, yaxın vaxtlarda cəmiyyəti real problemlərdən bir müddət yayındırmaq üçün Serj Sarkisyanı həbs edəcəklər".

Onun sözlərinə görə, Serj Sarkisyan hadisələrin hər cür inkişafına hazırdır: "O həbs ediləcək və bununla öz xalqına növbəti böyük xidməti göstərəcək: nəticədə hamı bir şeyə qəti əmin olacaq ki, əgər inqilabdan həbsləri çıxsaq, onda yerdə heç nə qalmayacaq, insanların həyatı onsuz da yaxşıya doğru dəyişmir...".

Erməni elitasının ən məlumatlı nümayəndələrindən biri olan M. Minasyan bir neçə erməni generalının yaxınlaşan həbsi barədə də məlumat yayıb.

Xüsusilə, söhbət Qarabağın İşğal Ordusu komandirinin keçmiş müavini Samvel Karapetyanın zərərsizləşdirilməsindən gedir. Bunu Qərb mediasına sızdırılan və 2008-ci ildə nümayişin atəşə tutulması ilə bağlı materialların BBC-nin Rusiya xidməti tərəfindən yayılması da təsdiq edir.

Serj Sarkisyan və general Samvel Karapetyan

Keçmiş səfirin sözlərinə görə, bu, hərbi elitanı susdurmaq üçün edilir.

Eyni zamanda, Minasyan özünün həbs olunacağını da istisna etməyib. Onun sözlərinə görə, yeni hökumətin yarandığı andan etibarən onunla və yaxınları ilə əlaqəli olan bütün şirkətlərdə yoxlamalar başlayıb.

M.Minasyan əmindir ki, onun barəsində cinayət işinin başlanması, hansı ki, çox gözləniləndir, birbaşa siyasi sifariş olacaq.

“Vətənimizin üzləşdiyi həqiqi problemlər isə hər an öz həllini gözləyir. Bütün mifləri məhv etməyin vaxtı gəldi", - deyə Minasyan fikrini ümumiləşdirib.

Minasyan Paşinyanı bütövlükdə ölkənin dəyər sistemini ardıcıllıqla məhv etməkdə ittiham edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar