Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Suriya üzrə birgə Türkiyə-ABŞ mərkəzi gələn həftə işə başlayacaq” – Hulusi Akar

Suriyanın şimal-şərqində təhlükəsizlik zonasının yaradılması məsələsində Ankara və Vaşinqtonun səylərini koordinasiya etmək məqsədilə yaradılacaq Türkiyə-Amerika Birləşmiş Ştatları (ABŞ) birgə əməliyyat mərkəzi növbəti həftədən başlayaraq tam gücü ilə fəaliyyətə keçəcək

Bu barədə avqustun 16-da Türkiyənin müdafiə naziri Hülusi Akar bəyan edib.

Onun sözlərinə görə, tərəflər ümumilikdə, bir çox məsələlər barədə razılaşmaya nail olublar, o cümlədən, gələcək təhlükəsizlik zonasının hava məkanına nəzarət və kooordinasiya məsələsində də razılıq əldə olunub. Bu barədə “Anadolu” agentliyi xəbər verib.

“Bu günə qədər təyin olunmuş qrafikə heç bir gecikmə olmadan əməl edilib. Gözləyirik ki, gələcəkdə də qrafikə elə həmin qaydada əməl olunacaq. Biz, bunu diqqətlə izləyirik” – deyə, Türkiyənin hərbi nazirliyinin başçısı qeyd edib.

Bununla bərabər, nazir bir daha qeyd edib ki, Ankara üçün onun NATO üzrə müttəfiqi tərəfindən YPG terrorçu təşkilatının (Suriya kürdlərinin özünümüdafiə dəstələri) fəaliyyətinin dəstəklənməsi qəbuledilməzdir.

“Bizim müttəfiqlərimizin terrorçuları dəstəkləməsi, onların YPG ilə əməkdaşlığı bizim üçün izaholunmazdır. Biz, ləngimədən buna son qoyulmasını gözləyirik” - Akar bəyan edib.

Xəbər verildiyi kimi, Birləşmiş Ştatlar və Türkiyə arasında Suriyanın şimal-şərqində təhlükəsizlik zonasının yaradılması barədə əldə olunmuş razılaşma mərhələlə-mərhələ həyata keçiriləcək, bəzi “operativ tədbirlərə” isə yaxın vaxtlarda başlanacaq. Bu barədə ABŞ müdafiə nazirliyinin nümayəndəsi Şon Robertson avqustun 14-də xəbər verib.

“Hazırda biz, Türkiyəli həmkarlarımızla birləşmiş koordinasiya mərkəzinin yaradılması variantlarına baxırıq” – deyə, o vaxt Pentaqondan məlumat verilmişdi. Bununla bərabər, ABŞ hərbi idarəsində dəqiqləşdirilib ki, sözügedən ərazidə “təhlükəsizlik mexanizmi mərhələ-mərhələ reallaşdırılacaq”.

ABŞ hərbi nümayəndəliyi avqustun 12-də Türkiyənin cənubundakı Şanlıurfaya gəlib və qonşu Suriyada planlaşdırılan təhlükəsizlik zonasının yaradılması məsələsində birgə əməliyyat mərkəzinin yaradılması işlərinə başlayıb.

“Altı nəfərdən ibarət ABŞ nümayəndəliyi Şanlıurfaya ilkin hazırlıq işlərini görmək üçün gəlib” – deyə, Türkiyə Müdafiə Nazirliyinin xəbərində deyilir.

Bundan əvvəl Ankara xəbərdarlıq edib ki, bu dəfə işlərin Mənbicdəki kimi, yubanmasına yol verməyəcəklər. (AzPolitika.info)

pia.az


Etiket: ABŞ Türkiyə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar