Cümə, 25 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Çin Türkmənistandan Azərbaycana qaz kəmərinin çəkilməsini dəstəklədi

Çin Transxəzər qaz kəmərinin inşasında Avropa İttifaqını (Aİ) dəstəkləmək qərarına gəlib

Virtualaz.org-un məlumatına görə, Aİ və Çin şirkətlər konsorsiumu sərhədləri Xəzər dənizi hövzəsinə daxil olan ölkələrin mövqeyini dəyişdirə biləcək yüksək profilli layihəni həyata keçirməyə hazır olduqlarını bildiriblər.

Xatırladaq ki, planlaşdırılan sualtı qaz kəməri Türkmənistanın Türkmənbaşı şəhərini Azərbaycanın paytaxtı Bakı ilə birləşdirməlidir. Bəzi mənbələrə görə, Qazaxıstandakı Tengiz-dən bir qaz kəmərini şəbəkəyə bağlamaq və onu Türkmənbaşı ilə birləşdirmək də planlaşdırılır. Bu sualtı qaz kəməri təbii qazın Türkmənistan və Qazaxıstandan Azərbaycan vasitəsilə Türkiyə və Gürcüstana, daha sonra isə Avropa İttifaqına üzv ölkələrə nəqlini nəzərdə tutur. Bu boru kəməri həm də Cənub Qaz Dəhlizinin genişləndirilməsinin bir hissəsi hesab olunur.

Qeyd edək ki, ötən həftə Rusiyaİran hökumətləri ətraf mühitin qorunması motivləri əsasında Transxəzər qaz kəmərinin inşasına qarşı çıxıblar.

Edison Technologies GmbH, MMEC Mannesmann GmbH, Air Liquide Global E&C Solutions (AB) də daxil olmaqla Avropa və Çin şirkətlərindən ibarət konsorsium, SINOPEC Mühəndislik Qrupu (Çin) ilə birlikdə 300 km sualtı qaz kəməri çəkmək istəyini bəyan edib. O, 30 il ərzində ildə 30 milyard kubmetr qaz tədarükünü nəzərdə tutur. Bu barədə konsorsium nümayəndələrinin Türkmənistan Nazirlər Kabineti sədrinin neft və qaz məsələləri üzrə müavini Mıratgəldi Meredov və ölkə prezidentinin neft və qaz məsələləri üzrə müşaviri Yagışgəldy Kakaevlə görüşündən sonra açıqlama verilib.

Konsorsium layihə çərçivəsində, boru kəmərinin çəkilməsi ilə yanaşı, zəruri infrastruktur, o cümlədən qaz təmizləyici qurğu və kompressor stansiyaları layihələri hazırlamağa və qurmağa da hazırdır.

Şirkətlər həmçinin lazımi sayda istifadəyə hazır qaz quyuları qazacaqlar.

Qazın, hansı ki, yeni potensial marşrut üzrə Türkmənistandan gedə bilər, əsas alıcısı Avropa olacaq. O, Rusiyaİran qazının alternativi olmaqda maraqlıdır, çünki tədarükü şaxələndirəcək, Aİ-ni köhnə tədarükçülərdən daha az asılı edəcək və qiymətlərin aşağı düşməsinə kömək göstərəcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Pediatr distant təhsilə etiraz etdi: "Biz insanıq, qoyun deyilik"

Oğlunun maşın kolleksiyası ilə bağlı yayılan xəbərlərə Adil Əliyevdən açıqlama

Bakıda dəhşət: Nənəsini və bibisini qətlə yetirdi - Təfərrüat, Yenilənib

Əhmədlidə kirayədə qalan bir mühasibin hekayəsi: Vəsilə Abdulova kimdir? – Villalar, maşınlar, Türkiyə biznesi…

Ali təhsil müəssisələrinə qəbul nəticələri elan olunub - Yenilənib

Əliyevlə Paşinyanın emissarları arasında gizli danışıqlar üzə çıxdı - Sensasion təfərrüat...

Jurnalist Həbib Müntəzir Əli Həsənova müraciət etdi: Villanın yerini tapdım. Qaytar dövlətə!

AMEA-da qalmaqal – Professor Əbülhəsən Abbasovun açıqlamaları akademiyanı lərzəyə gətirdi

Sabiq deputat İlham Əliyevin xalası oğlu və həyat yoldaşı vəzifəyə necə təyin edilib?

“Pikap”ların müsadirə olunmasına deputatdan reaksiya: “Xalq, az qala bayram edir”

Azərbaycanda yas mərasimlərinin ləğvi təklif olundu

Suriyadan erməni batalyonu da Qarabağa göndərildi

loading...

Ən çox oxunanalar